Əlcəzairdə Mossada aid casus şəbəkəsi ifşa edilib
Tarix: 14-01-2017, 10:33 |
Çap et
FaktXəbər-in "Jerusalem Post"a istinadən verdiyi məlumata görə, Əlcəzairdə, ayrı-ayrı Afrika ölkələrinin pasportundan istifadə edən 10 Mossad agenti ifşa edilib.
Əlcəzairdə fəaliyyət göstərən şəbəkəyə mənsub casuslar Liviya, Mali, Efiopiya, Liberiya, Nigeriya və Keniya pasprotundan istifadə ediblər.
İsrail rejiminə casusluq edən şübhəlilər casusluq, anarxiya yaratmaq və milli təhlükəsizliyə ziyan vurma iddiaları saxlanılıb. Şübhəlilərin istifadə etdiyi rabitə qurğuları müssadirə edilib.