"Trampın qələbəsi rusiyalı milyarderlərin sərvətlərini 29 milyard dollar artırıb" - Forbes
Tarix: 10-01-2017, 08:37 |
Çap et
Donald Trampın ABŞ-ın prezident seçkilərində qələbəsi rusiyalı milyarderlərin sərvətlərini 29 milyard dollar artırıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə məlumatı "Forbes" jurnalı yayıb.
Bu artım Rusiyanın qiymətli kağızlarının dəyərinin artması və milli valyutanın möhkəmlənməsi ilə izah olunur.
Noyabrın 8-dən sonra sərvətini ən çox artıran “NOVATEK”-in rəhbəri Leonid Mihelson olub. Jurnalın yazdığına görə, iş adamının aktivlərinin dəyəri 1,9 milyard dollar artaraq 18,2 milyard dollara çatıb. Mihelson 2016-cı ildə Rusiyanın ən varlı iş adamları reytinqində birinci yeri tutur.
"Forbes" qeyd edir ki, əgər amerikalı milyarderlərin sərvəti Trampın qələbəsindən sonra orta hesabla 2,8% artıbsa, ən varlı rusiyalıların sərvəti orta hesabla 7,1% artıb.