Daha bir iranlı general Suriyada öldürüldü
Tarix: 2-01-2017, 10:10 |
Çap et
İran İslam İnqilabi Keşikçiləri Korpusunun generalı Qulam Əli Xəlizadə Suriyada hərbi əməliyyatlar zamanı öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə “Fars Xəbər Agentliyi” məlumat yayıb.
1980-1988-ci illərdə İran-İraq müharibəsinin iştirakçısı olan Xəlizadənin müxalif qruplaşmalar tərəfindən qətlə yetirildiyi bildirilib.
Bəzi informasiyalarda generalın paytaxt Dəməşq yaxınlığında Barada vadisində öldürüldüyü qeyd edilir.