Türkiyədəki terroru törətməkdə şübhəli bilinirdi - Həqiqət ortaya çıxdı
Tarix: 2-01-2017, 09:36 |
Çap et
Türkiyədə yeni il gecəsi “Reina” gecə klubunda terror törədən şəxsin tutulması üçün hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlara davam edir.
“Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən gün sosial şəbəkədə terroru törədən şəxsin şəkli paylaşılıb. Atatürk hava limanında çəkildiyi iddia olunan şəklin həqiqi sahibi isə çox keçmədən ortaya çıxıb.
Elə həmin gün məlum olub ki, fotosu paylaşılan şəxs əslən Qazaxıstandan olan ticarətçidir. O, polisə gedərək terror təşkilatları ilə əlaqəsi olmadığını bildirib, eləcə də sosial şəbəkələrdən və xəbər saytlarından şikayətçi olub.
Xatırladaq ki, “Reina” gecə klubundakı terror zamanı 35 nəfər ölüb, 69 nəfər yaralanıb.