ABŞ-da bütün turistlərin sosial şəbəkərini yoxlamağa başlayıblar
Tarix: 24-12-2016, 10:36 |
Çap et
ABŞ sərhədçiləri ölkəyə daxil olan bütün turist və miqrantlardan sosial şəbəkələri barədə soruşmağa başlayıblar.
Faktxəbər-in məlumatına görə, bu barədə "Engadget" agentliyi yazıb.
Məlumatda bildirilir ki, innən belə ABŞ-a vizasız rejim proqramı ilə daxil olan bütün xarici vətəndaşlar öz sosial şəbəkələri barədə məlumat verməli olacaqlar.
Həmçinin məlumatda qeyd edilir ki, ABŞ bu addımı mümkün terror aktlarının qarşısını almaq üçün atıb.
Qeyd edək ki, bu təşəbbüs istifadəçilərin məxfiliyinin pozulması səbəbindən ciddi şəkildə tənqid edilib.