Barak Obamanın sonuncu mətbuat konfransı – Rusiyanı “zəif” ölkə adlandırdı
Tarix: 17-12-2016, 09:23 |
Çap et
Barak Obama ABŞ prezidenti qismində sonuncu mətbuat konfransını keçirib.
AzNews.az xəbər verir ki, Obama ABŞ prezidenti qismində keçirdiyi sonuncu mətbuat konfransında Rusiyanı “zəif” ölkə adlandırıb.
Barak Obamanın sözlərinə görə, Rusiya ABŞ-a nəzərən daha “kiçik” və “zəif” ölkədir. Onun iqtisadiyyatı neft, qaz və silahdan başqa digər ölkələrin almaq istədiyi heç nəyi istehsal etmir. Rəsmi Moskva ilə Vaşinqton arasındakı münasibətləri şərh edən Obama əlaqələrin daha da pisləşdiyi qənaətindədir.
“Biz artıq Rusiyaya qarşı çoxlu sanksiyalar əldə etmişik. Təəssüf ki, son illər Rusiya ilə münasibətlərimiz daha da korlanıb”- deyə Barak Obama bəyan edib.