Türk hərbi mühəndislərini kim və niyə öldürüb – İlginc
Tarix: 10-12-2016, 08:58 |
Çap et
Bəzi güclər Türkiyənin yeni layihələrinə problemlər yaradırlar.
Axar.az xəbər verir ki, bunu Düzcə Universitetində çıxışı zamanı Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş söyləyib. Hökumət təmsilçisinin fikrincə, bununla ölkənin irəliyə doğru irəliləməsinə maneə yaradılır:
“Nuri Dəmirağ 1940-cı illərin sonunda təxminən 100 yerlik türk təyyarəsi yaratdı. Bu təyyarələri Avropa ölkələrinə satacaq səviyyəyə gəldi. Bundan sonra qaranlıq bir əl Dəmirağın fabrikini bağladı. Ona görə ki, öz təyyarəsini, öz avtomobilini, öz tankını hazırlayan bir ölkə indiki oyunlara icazə verməzdi. “Aselsan”da çalışan mühəndislərin gənc yaşda ölmələri də təsadüf deyil. Bunu edənlər istəyirlər ki, Türkiyə bir dənə tüfəng almaq üçün kimlərinsə qapısında diz çöküb gözləsin. Türkiyə heç vaxt belə ölkə olmayacaq”.
Qeyd edək ki, Türkiyə ordusunun hərbi təchizat baxımından xaricdən asılılığını azaltmaq üçün yaradılmış “Aselsan” şirkətinin 3 mühəndisi 2007-ci ildə naməlum şəkildə həlak olub. Rəsmi açıqlamaların hər birində bu şəxslərin intihar etdiyi bildirilib.