İsrail Dəməşqdə Əsədə ağır zərbələr endirdi
Tarix: 30-11-2016, 09:26 |
Çap et
İsrail Müdafiə Ordusunun (TSAXAL) Hərbi Hava Qüvvələri Dəməşqdə hərəkət edən yüklə dolu avtomobil karvanına, həmçinin Bəşar Əsəd silahlılarının Suriyanın paytaxtındakı mövqelərinə havadan zərbələr endirib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hücum noyabrın 30-da həyata keçirilib.
Avtomobil karvanının Livandakı Hizbullah qruplaşmasına silah-sursat daşıdığı ehtimal edilir.
Hava zərbələri pilotsuz uçuş aparatları vasitəsi ilə endirilib.
Hücum nəticəsində xəsarət alan və həyatını itirənlər barədə məlumat yoxdur.