Rusiya neft hasilatını azaltmağa razıdır
Tarix: 17-11-2016, 08:34 |
Çap et
Rusiyanın energetika naziri Aleksandr Novak deyib ki, Moskva OPEC-in təklifiylə razılaşıb, neft hasilatını azaldacaq. Hasilatın azaldılmasıyla bağlı sənədin OPEC-in noyabrın 30-də keçiriləcək toplantısında qəbul ediləcəyi gözlənir. A.Novak müqavilənin imzalanması şansının böyük olduğunu deyib. «Bu cür razılaşmaların əldə edilməsi bazar üçün yaxşı əlamətdir və OPEC-ə üzv olmayan ölkələr, eləcə də Rusiya bazarla bağlı kollektiv qərarların qəbulunda iştirak edəcək».
Amma Qazaxıstanın energetika naziri Kanat Bozumbaev TASS agentliyinə müsahibəsində OPEC-lə danışıqların hələ davam etdiyini bildirib. Onun sözlərinə görə, Qazaxıstan neft hasilatını bu il kifayət qədər azaldıb. Ölkənin ən geniş yatağı «Kaşaqan»da isə hasilatı bir qədər artırmaq niyyətindədirlər, çünki «Qazaxıstanın yatağa 50 milyard dollar vəsait qoyan sərmayəçilər qarşısında öhdəliyi var».