Suriya Rəqqa əməliyyatını ölkə suverenliyinə təhlükə adlandırıb
Tarix: 8-11-2016, 09:12 |
Çap et
Suriya hakimiyyəti "Suriya Demokratik qüvvələri"nin Rəqqa azad edilməsi əməliyyatı milli suverenliyə təhlükə kimi qiymətləndirib.
Faktxəbər-in məlumatına görə, bu barədə "RT" agentliyi ölkə parlamentinin deputatı Rabia Cəmala istinadən yazıb.
Onun sözlərinə görə, Suriya rəhbərliyi ilə müzakirə edilmədən hər-hansı bir hərbi əməliyyat ölkə suverenliyinə təhlükədir.
Həmçinin Cəmal onu da vurğulayıb ki, Suriya Dəməşqdəki hərbi əməliyyatı da ölkə suverenliyinə ciddi təhlükə kimi dəyərləndirir.