Bostankeşdən... Dİ GƏL KEÇ... .....                     "Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." .....                     Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN .....                     Ermənistan qarşısında iki TƏLƏB! .....                     Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ .....                     Ermənistan sülh prosesindən çəkilir .....                     "Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" .....                     Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... .....                     PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi .....                     Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək .....                     "Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" .....                     Adil Vəliyevi çətiri altında YAŞIL TERROR .....                     Bu dəfə `AzeBirja` kələkbazları peyda olub .....                     Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb .....                     Zəngəzur işğal edilmiş ərazi kimi azad edilməlidir: Bakının son tələbi .....                     Qərbi Azərbaycana qayıdış .....                     Anar Rzayevin yaxın adamı “Tarqovı”da AT OYNADIR .....                     Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... .....                     Paşinyan Fransaya gedib .....                     Məktəblilər arasında daha bir bıçaqlanma... bu dəfə Bakıda: ÖLƏN VAR... .....                     Yerüstü agentliyin ASFALTÜSTÜ HOQQALARI .....                     Qazinin döydüyü şəxs öldü .....                     Natiq Sadıqov Aqil Babayevi necə şərləyib? .....                     Özəl pensiya fondları nələri dəyişəcək? .....                     Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... .....                     “Pilot 16”nın COP29-a “töhfə”si... .....                     Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı .....                     İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir .....                     `Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR... .....                     İran-İsrail gərginliyindən BİZ NƏ? .....                     Bu halda idarə, müəssisə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar .....                     Azərbaycanda turizm sektoru .....                     Naxçıvanda mobil telefonlar kütləvi bağlanır .....                     Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? .....                     İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır .....                     Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi .....                     "Atamın bir-iki əşyası var, o evimizdədir" .....                     Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər .....                     Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür .....                     Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu .....                 

Vaşinqton kürdlərlə Türkiyənin arasında qalıb
Tarix: 30-08-2016, 09:24 | Çap et
Vaşinqton kürdlərlə Türkiyənin arasında qalıb
Bazar ertəsi Türkiyə və ABŞ-ın dəstəklədiyi Suriya üsyançıları Suriyanın şimalında kürdlərin mövqelərinə doğru bir az da irəliləyiblər. Türkiyənin xarici işlər naziri kürdlərə xəbərdarlıq edib ki, Fərat çayının şərqinə geri çəkilsinlər, yoxsa daha artıq hücuma məruz qalacaqlar. Bu kürdləri Birləşmiş Ştatlar dəstəkləyir. «The Washington Post» qəzetində Sudarsan Raghavan yazır ki, bu ədavətin dərinləşməsindən bircə gün öncə Pentaqon müttəfiqlərini bir-biriylə savaşı dayandırmağa, «İslam Dövləti» (İŞİD) yaraqlılarına qarşı birləşməyə çağırıb.

Amma artıq bazar ertəsi Suriya üsyançıları bildiriblər ki, kürdlərin nəzarətində olan Mənbic şəhəri yaxınlığındakı əl-Sacur çayını keçiblər. Kürdlərin sözçüsü isə üsyançıların çaya çatdığını, amma onu keçmədiyini bildirib.

Ötən həftə Türkiyə tankları ABŞ hərbi təyyarələrinin köməyi ilə Suriyanın şimalında Cerablus şəhərini tutandan sonra gərginlik artıb. Sonrakı günlər ABŞ-ın dəstəklədiyi Azad Suriya Ordusunun üsyançıları cənuba və qərbə doğru irəliləyib. Hədəfləri İŞİD olsa da, daha çox kürd döyüşçülərlə toqquşublar. Cerablusun cənub hissəsində də üsyançılarla kürdlər arşında döyüşlər gedir, bu ərazilər Türkiyə qüvvələri tərəfindən bombalanır.

ODLA SU ARASINDA

Vaşinqton da kürdlərin YPG qruplaşmasından Fərat çayının şərq sahilinə qayıtmağı tələb edib. Suriya Demokratik Qüvvələrinin (SDF) özəyi olan YPG Mənbici İŞİD-dən almaqdan ötrü çayı keçmişdi. İndi YPG rəsmiləri döyüşçülərin çay kənarında əvvəlki mövqelərinə qayıtdıqlarını bildirsələr də, Türkiyə onların vədlərinə əməl etmədiklərini bildirir.

«Birləşmiş Ştatlar indi iki əsas müttəfiqi arasında qalıb. Türkiyə NATO üzvüdür, kürd döyüşçülərsə İŞİD-in geri oturdulmasında vacib rol oynayıb. Vaşinqtonun ən böyük narahatlığı ondandır ki, bu düşmənçilik resursları və diqqəti İŞİD-lə mübarizədən yayındırar», - müəllif yazır.

«Son günlərin toqquşmaları bizim DAEŞ-lə mübarizəmizə fayda vermir», - Dövlət Departamentinin sözçüsü John Kirby deyib, o, İŞİD-in ərəbcə qısa adını işlədib.

Müəllif qeyd edir ki, ABŞ həm Türkiyənin kürdlərin geri çəkilməsiylə bağlı tələblərini dəstəkləməyə, həm də SDF-i küsdürməməyə çalışır.

Bazar ertəsi SDF-in yaratdığı Cerablus Hərbi Şurası adlı qruplaşma elan edib ki, döyüşçüləri Türkiyənin istədiyi kimi Fəratın şərqinə deyil, əl-Sacur çayının cənubuna çəkiləcəklər. Bu isə Mənbic şəhərində və onun ətrafında Türkiyə və müttəfiqləri ilə daha çox qarşıdurmaya gətirə bilər.

ERDOĞAN-IN VATERLOSU

Obama administrasiyası ABŞ-ın Suriyaya hərbi müdaxilə etməməsindən ötrü cidd-cəhdlə çalışır. Amma Türkiyənin Suriyanı işğalını dəstəkləmək strateji səhv olar, Birləşmiş Ştatları Suriya vətəndaş müharibəsinin əsas oyunçusuna çevirər. Bunu isə «The Huffington Post» qəzetində David L.Phillips yazır.

Müəllif yazır ki, Türkiyə Suriyada tutduğu ərazini qaytaran deyil və qaçqınlardan ötrü anklav yaradacaq. «Türkiyə Cenevrə sülh prosesində yer istəyir. O, Rusiya və ABŞ-la bərabər mövqe qazanmağa çalışır. Türkiyənin tarixən islamçıları dəstəklədiyini nəzərə alsaq, Türkiyə hərbçiləri quruda savaşarkən Suriya münaqişəsinin həlliylə bağlı danışıqlar aparmaq çətin olacaq», - müəllif vurğulayır.

Yazıda iddia olunur ki, Cerablus uğrunda döyüşlər heç də İŞİD-lə aparılmadı. İşğaldan öncə Ankara İŞİD-lə razılaşma əldə etdi. İŞİD müqavimət göstərməkdənsə, Azad Suriya Ordusunun formasını geyindi. Cerablus bircə güllə atılmadan «azad olundu». Fəllucə və digər yerlərdə İŞİD dinc sakinlərdən qalxan kimi istifadə edirdi, Cerablusdan isə dinc sakinlər çıxarıldı.

AVQUSTDA «OKTYABR SÜRPRİZİ»

«Erdoğan-la İŞİD-in sövdələşməyə getməsi təəccüblü deyil. İŞİD və Erdoğan-ın Ədalət və İnkişaf Partiyası (AKP) ideoloji baxımdan oxşardır. Hər ikisi «Müsəlman qardaşlığı»nın qanadıdır. Rəsmən təkzib olunmasına baxmayaraq, Türkiyənin 2014-cü ildən başlayaraq Suriyada islamçılara silah, pul dəstəyi göstərməsinə dair xeyli dəlil var. Türkiyə həmçinin, İŞİD-in neft-qazını dünya bazarına çıxarmaqla bu qruplaşmanı dəstəkləyib. Hələ də hər ay 500-dək islamçı döyüşçü Türkiyədən Suriyaya keçir», - müəllif qeyd edir.

«ABŞ-da prezident seçkisindən öncə xarici ölkənin əliylə törədiləcək hansısa hadisə «oktyabr sürprizi» adlanır. Bu dəfə oktyabr sürprizi avqustda gəldi, Türkiyə Suriyaya girdi. Obama manipulyasiyadan qorunmalıdır. Türkiyənin işğalına hərbi və diplomatik dəstək prezidentin varisinə də başağrısı yaradır. Suriya Erdoğan-ın Vaterlosu olacaq. ABŞ hökuməti Türkiyənin batan gəmisinə baş qoşmamalıdır», - müəllif vurğulayır.

Qeyd edək ki, 1815-ci il iyunun 18-də indiki Belçika ərazisində, Vaterloda anti-Napoleon koalisiyası fransız ordusu üzərində qəti qələbə çalıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bostankeşdən... Dİ GƏL KEÇ... - RİH-in İŞİ YARIMÇIQ QALIB!
Bu gün, 10:27
"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." - Bir acı AMEA gerçəkliyi...
Bu gün, 10:19
Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN - FOTO
Bu gün, 10:09
Ermənistan qarşısında iki TƏLƏB! - Prezidentdən MÜHÜM MESAJLAR
Bu gün, 10:05
Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ - Əks cəbhələrdə döyüşürdülər...
Bu gün, 10:04
Ermənistan sülh prosesindən çəkilir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:01
"Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" - deputat
Bu gün, 09:59
Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... - Samvel Babayanı özünə tərəf çəkir
Bu gün, 09:57
PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi
Bu gün, 09:54
Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək
Bu gün, 09:49
"Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" - İmişlidə ETİRAZ EDƏN müəllimə
Bu gün, 09:47
Adil Vəliyevi çətiri altında YAŞIL TERROR - VİDEOFAKT
Bu gün, 09:44
Bu dəfə `AzeBirja` kələkbazları peyda olub - Camaatı SOYURLAR...
Bu gün, 09:38
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Bu gün, 09:29
Zəngəzur işğal edilmiş ərazi kimi azad edilməlidir: Bakının son tələbi - Kritik gəlişmə
Bu gün, 09:17
Qərbi Azərbaycana qayıdış - Rusiyadan reaksiya
Bu gün, 09:15
Anar Rzayevin yaxın adamı “Tarqovı”da AT OYNADIR - Özü azmış kimi işçisi də QOÇULUQ EDİR...
Bu gün, 09:12
Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... - NARAZILIQ VAR...
Bu gün, 09:04
Paşinyan Fransaya gedib
Bu gün, 09:01
Məktəblilər arasında daha bir bıçaqlanma... bu dəfə Bakıda: ÖLƏN VAR... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 08:59
Yerüstü agentliyin ASFALTÜSTÜ HOQQALARI - Qanad verin... qanadlanaq...
Bu gün, 08:56
Qazinin döydüyü şəxs öldü - TƏFƏRRÜAT
Bu gün, 08:50
Natiq Sadıqov Aqil Babayevi necə şərləyib? - İLGİNC FAKTLAR
Bu gün, 08:48
Özəl pensiya fondları nələri dəyişəcək? - AKTUAL
Bu gün, 08:45
Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... - Prezidentə müraciət olundu
Bu gün, 08:40
“Pilot 16”nın COP29-a “töhfə”si... - Zəhərli hava, xəstəlik mənbəyi olan zibilliklər, dağıdılmış yollar
Bu gün, 08:27
Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı - TƏFƏRRÜAT
Bu gün, 08:21
İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir - "Politico"
Bu gün, 08:18
`Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR... - NARAZILIQ VAR...
Bu gün, 08:14
İran-İsrail gərginliyindən BİZ NƏ? - Dəxli var, həm də...
Bu gün, 08:06
Bu halda idarə, müəssisə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar - Ekspert danışır...
Bu gün, 08:04
Azərbaycanda turizm sektoru niyə İNKİŞAF ETMİR?
Bu gün, 06:55
Naxçıvanda mobil telefonlar kütləvi bağlanır - NƏ BAŞ VERİR?
Bu gün, 00:50
Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? - AKTUAL
Bu gün, 00:47
İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır - BU DA FAKT...
Bu gün, 00:41
Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi - BUNA GÖRƏ
Bu gün, 00:36
"Atamın bir-iki əşyası var, o evimizdədir"
Bu gün, 00:34
Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər - AXI NİYƏ?..
Bu gün, 00:28
Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür
Bu gün, 00:23
Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu - 4,2 MİLYON MANAT
Bu gün, 00:05
Agentlik 3 milyona bina icarəyə götürdü - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:10
Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi - ŞOK DETALLAR
Dünən, 19:02
Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? - AÇIQLAMA
Dünən, 18:56
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Dünən, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Dünən, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Dünən, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Dünən, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Dünən, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Dünən, 17:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru