“Suriya danışıqları sona yaxınlaşır”
Tarix: 23-08-2016, 08:57 |
Çap et
Birləşmiş Ştatlarla Rusiya arasında Suriyada İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı mübarizədə hərbi əməkdaşlıq üzrə danışıqlar sona yaxınlaşır. Bunu ABŞ-ın Dövlət katibi John Kerry deyir.
“Əslində, hal-hazırda danışıqlar gedir və ümid edirəm ki, istənilən halda, müzakirələrin sonuna çatırıq”, Kerry avqustun 22-də Kenyaya səfəri zamanı bildirib.
Kerry-nin sözlərinə görə, tərəflər bu həftə görüşəcək və müzakirələrdən asılı olaraq, onun rusiyalı həmkarı Sergei Lavrov-la görüşü mümkündür.
Dövlət katibi deyir ki, Suriya rejimini dəstəkləyən ölkələrin – Rusiyayla İranın və müxalifətin tərəfində duranların – Birləşmiş Ştatlarla Yaxın Şərq tərəfdaşlarının döyüşlərə son qoymaqdan ötrü bir araya gəlməsi vacibdir.
Kerry İŞİD və Al-Qaeda-nın Suriya qanadı olan Nusra Cəbhəsinə hava zərbələrini koordinasiya etməkdən ötrü Rusiyayla kəşfiyyat məlumatlarının paylaşılmasını təklif edib.