Əsas Səhifə > Dünya > “Suriya danışıqları sona yaxınlaşır”
“Suriya danışıqları sona yaxınlaşır”23-08-2016, 08:57 |
Birləşmiş Ştatlarla Rusiya arasında Suriyada İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı mübarizədə hərbi əməkdaşlıq üzrə danışıqlar sona yaxınlaşır. Bunu ABŞ-ın Dövlət katibi John Kerry deyir. “Əslində, hal-hazırda danışıqlar gedir və ümid edirəm ki, istənilən halda, müzakirələrin sonuna çatırıq”, Kerry avqustun 22-də Kenyaya səfəri zamanı bildirib. Kerry-nin sözlərinə görə, tərəflər bu həftə görüşəcək və müzakirələrdən asılı olaraq, onun rusiyalı həmkarı Sergei Lavrov-la görüşü mümkündür. Dövlət katibi deyir ki, Suriya rejimini dəstəkləyən ölkələrin – Rusiyayla İranın və müxalifətin tərəfində duranların – Birləşmiş Ştatlarla Yaxın Şərq tərəfdaşlarının döyüşlərə son qoymaqdan ötrü bir araya gəlməsi vacibdir. Kerry İŞİD və Al-Qaeda-nın Suriya qanadı olan Nusra Cəbhəsinə hava zərbələrini koordinasiya etməkdən ötrü Rusiyayla kəşfiyyat məlumatlarının paylaşılmasını təklif edib. Geri qayıt |