İstanbulda kürd partiyasının vilayət binasına basqın olub - çoxlu sayda saxlanılan var
Tarix: 11-08-2016, 10:04 |
Çap et
İstanbulda PKK terror təşkilatına qarşı əməliyyat çərçivəsində HDP İstanbul vilayət binasında polis axtarış aparıb.
FaktXəbər-in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, əməliyyata xüsusi təyinatlılar və mülki dəstələr dəstək verib. Keçirilən əməliyyat çərçivəsində ünvanlarda keçirilən axtarışlardan sonra çoxlu sayda saxlanılan olub.
İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi Xalqların Demokratik Partiyasının (HDP) İstanbul vilayət təşkilatı binasına vertolyot dəstəkli əməliyyat keçirib. Yerli vaxtla gecə saat 03.00 radələrində partiyanın binasına basqın edilib. Rayon təşkilatı binasının yerləşdiyi küçə əvvəlcədən TOMA və zirehli maşınlarla bağlanılıb. Binada axtarış aparan polis, əməliyyatın məzmunu haqqında məlumat verməyib.