ABŞ küfranlıq qanunlarını pisləyir
Tarix: 11-08-2016, 08:56 |
Çap et
ABŞ islam cəmiyyətlərində küfranlıq qanunlarını pisləyib. Bu barədə ABŞ Dövlət Departamenti yeni hesabat yayıb.
“Bu qanunlar beynəlxalq miqyasda qəbul olunnmuş insan haqlarına ziddir və onlara zərbə vurur”, avqustun 10-da yayılmış qlobal din azadlığı hesabatında belə deyilir.
Hesabatda vurğulanır ki, Pakistanda küfranlıq qanunları “kütlə mühakiməsini əsaslandırmaqdan ötrü istifadə olunur”.
Sənəddə həmçinin İranda sünni, Səudiyyə Ərəbistanı və Bəhreyndə şiə, Çində xristianlara qarşı baş verənlər, eləcə də Avropada antisemitizm tənqid olunur.
Departamenti vurğulayır ki, İraqda və Suriyada İslam Dövləti silahlı qruplaşması, Qərbi Afrikada Boko Haram “dünyada din azadlığını ən çox pozan qruplardır”.