Putinlə Ərdoğanın 100 milyardlıq görüşü - Yeni dövr başlayır
Tarix: 9-08-2016, 09:35 |
Çap et
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin görüşəcək.
AzNews.az xəbər verir ki, ölkə başçıları iki dövlət arasında yaşanan təyyarə gərginliyindən sonra ilk dəfə bir araya gələcəklər.
Məlumata görə, prezidentlərin görüşündən sonra iki ölkə arasında ticarət həcminin 100 milyard dollara çatdırılacağı gözlənilir.
Ekspertlər Rusiyanın Sankt Peterburq şəhərində baş tutacaq görüşdən sonra ölkələr arasında yeni dövrün başlayacağını bildirirlər.