Hələbdə döyüşlər şiddətlənib, 16 dinc sakin ölüb
Tarix: 5-08-2016, 08:40 |
Çap et
Suriya ordusu Hələbin müxaliflərin nəzarət etdiyi hissəsinə hava zərbələri endirib. 16 dinc sakin ölüb.
Suriya ordusu müxaliflərin əlində olan iki təpə və iki kiçik kəndi alıb.
Xəbəri Londonda yerləşən İnsan Haqları Monitorinq Mərkəzi yayıb.
Xəbərdə şəhərdə müxaliflərin ordunun mühasirəsini yarmağa çalışdıqları bildirilir.
Bu arada Suriya-Amerika Tibb Dərnəyi Hələbdəki M2 xəstəxanasının bombalandığı xəbərini yayıb.
Son bir həftədə hücumların hədəfinə çevrilən xəstəxanaların sayı 6-ya çatıb.
Hələbdə 300 minə yaxın dinc sakin şiddətli döyüşlərin mərkəzində qalıb.