"Bu, vəba ilə gonoreya arasında seçimə bənzəyir"
Tarix: 28-07-2016, 10:01 |
Çap et
WikiLeaks saytının əsasını qoyan Culian Assanj ABŞ-da prezidentlik üçün səsverməni vəba və gonoreya (cinsi yolla keçən xəstəlik) arasında seçimlə müqayisə edib. FaktXeber.com-un məlumatına görə, bu barədə o, müstəqil Democracy Now! Telekanalına müsahibəsində deyib.
«Siz məndən soruşursunuz ki, vəbanı istəyirsən, yoxsma gonoreyanı? Şəxsən mənə bunların heç bir xoş gəlmir», - deyə o, bildirib.
«Fikrimcə siz ABŞ siyasətinin necə işlədiyindən xəbərniz var. Kim və hansı partiya olmasından asılı olmayaraq, hakimiyyətə gəldikdən sonra sürətlə bürokratiyaya qarışır. Bu səbəbdən kimin qnalbil olacağı elə də önəm daşımır».
Xatırladaq ki, noyabrın 8-də ABŞ-da ümumxalq seçkilər keçiriləcək.