Makedoniyada erkən seçkilər ertələndi
Tarix: 19-05-2016, 08:19 |
Çap et
Makedoniya parlamenti iyunun 5-nə planlaşdırılan erkən seçkilərin ertələnməsinə səs verib. Seçkinin yeni tarixi müəyyənləndirilməyib.
Səsvermədən bir neçə saat öncə konstitusiya məhkəməsi erkən seçkiyə hazırlıqların müvəqqəti dayandırılması barədə qərar çıxarmışdı. Məhkəmə bildirib ki, parlamentin buraxılması barədə deputatların 6 aprel səsverməsinin konstitusiyaya uyğun olub-olmamasına dair qərar verilənədək seçki fəaliyyəti dayandırılmalıdır. Bu qərarın mayın 26-dək çıxarılacağı gözlənilir.
Parlament buraxılandan sonra deputatlar yığışmamışdı, mayın 18-də seçki səsverməsinə görə toplaşıblar.
AB-nin vasitəçiliyi ölkədə siyasi böhrana son qoyulmasın hədəfləyən razılaşma əldə olunmuşdu. 6 aprel səsverməsi də həmin razılaşma çərçivəsində həyata keçirilib. Ölkədə böhran hökumət üzvlərinin korrupsiyasını iddia edən səsyazıları ortaya çıxandan yaranıb.
5 iyun seçkilərini 3 əsas siyasi partiya boykot etmiş, ancaq hakim VMRO-DPMNE partiyasını gedəcəyini açıqlamışdı.