ARZU RƏHİMOV HƏRƏKƏTƏ KEÇDİ
Tarix: 28-02-2012, 12:32 | Çap et
HƏRBİ KOMİSSARLIQLARDA KÜTLƏVİ İXTİSARLAR BAŞLAYA BİLƏR
DİA.AZ: - Xəbər verildiyi kimi, «Hərbi vəzifə və hərbi xidmət haqqında» qanunun tətbiqi ilə əlaqədar olaraq hərbi komissarlıqlar ləğv edilib. Müdafiə Nazirliyinin tabeliyində olan hərbi komissarlıqların səlahiyyəti yeni yaradılan hərbi quruma - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verilib. Qurumun rəhbəri postuna isə Dövlət Miqrasiya Xidmətinin keçmiş rəhbəri general Arzu Rəhimov təyin edilib.
Məlum dəyişiklik cəmiyyətdə birmənalı qəbul olunmayıb. Bu qərar hakimiyyət təmsilçiləri tərəfindən ordu quruculuğu yönündə atılan ciddi islahat kimi dəyərləndirilsə də, müstəqil hərbi ekspertlər bunun əksini düşünür. Yeni qurumun yaradılmasını tamamilə lüzumsuz bir addım kimi dəyərləndirən ekspertlər hesab edir ki, çağırış və səfərbərlik sistemi ilə bağlı neqativ halları aradan qaldırmaq üçün hərbi komissarlıqlar sistemində müəyyən islahatlar aparmaq kifayət idi. Onların fikrincə, bu addım problemin həllindən çox hakimiyyət içində güclü bir şəbəkənin korporativ maraqlarına xidmət etməkdən başqa bir şeyə yaramayacaq. Ekspertlər düşünür ki, peşəkar hərbi rəhbərlik bu işin mahiyyətini və müsbət yöndə heç bir işə yaramayacağını anladıqlarından bu məsələdə maraqlı deyillər. Eyni zamanda, onlar Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı gözləntilərin müsbət nəticə verməyəcəyi qənaətindədirlər. Müstəqil hərbi qurum kimi fəaliyyət göstərəcək Dövlət Xidmətinin üzərində heç bir nəzarət olmadığı üçün, əslində bu qurumda korrupsiya üçün daha geniş zəmin formalaşacaq.
Xatırladaq ki, Əliağa Hüseynov baş komissar vəzifəsindən azad ediləndən sonra hərbi çağırış sistemində rüşvət və korrupsiya elementləri təxminən bir il müddətində aradan qalxmış, Azərbaycan insanının çoxdan arzu etdiyi şəffaflıq formalaşmışdı. Lakin görünür, siyasi hakimiyyətdə bəzi şəbəkələri bu cür rüşvətsiz mühit qane etmir və yeni qurumun yaradılmasını da məhz bu maraqlar kontekstində dəyərləndirmək lazımdır. Çünki araşdırmarlara görə, son bir ilə qədər ilboyu çağırış zamanı bəzi ciblərə 50-70 milyon manat rüşvət axırmış. Məhz buna görə, yeni qurumun yaradılmasını itirilmiş milyonların yenidən qaytarılması cəhdi kimi dəyərləndirilə bilər. Digər bir tərəfdən yeni yaradılan quruma da elə bir şəxs rəhbər təyin olunub ki, onun səfərbərliklə bağlı nə savadı, nə də təcrübəsi yoxdur. Arzu Rəhimov Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbini bitirib. Bundan sonra Dövlət Sərhəd və Dövlət Miqrasiya Xidmətində çalışıb, oradan isə Hərbi Çağırış üzrə Dövlət Xidmətinə təyinat alıb. Hərbi Çağırış üzrə Dövlət Xidmətinə isə bir çox məsələ həvalə olunub ki, sözügedən qurumun bütün bunların öhdəsindən gəlməsi praktiki baxımdan mümkün deyil. Arzu Rəhimov bir gün də olsun müharibə şəraitində olmayıb. O, döyüş tələbatlarını necə bilə bilər? Amma bütün bu keyfiyyətlərə rəğmən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunan Arzu Rəhimov komissarlıq sistemində əsaslı dəyişiklikləri həyata keçirmək niyyətindədir. O, bununla bağlı xüsusi plan hazırlayıb.
Bu barədə DİA.AZ-a məlumat verən mənbənin sözlərinə görə, Arzu rəhimov bir sıra rayonların komissarlarını yenilərilə əvəz edəcək: «O, həmin təyinatdan cəmi 3 gün sonra - fevralın 16-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ilk toplantısını keçirdi. İclasda bir sıra rayonlar üzrə məsul şəxslər iştirak edirdilər. Toplantıda səsləndirilən fikirlər göstərdi ki, ciddi yeniliklər gözlənilir». Görünür, nəhs gündə - fevralın 13-də baş verən dəyişikliklər bəzi komissarlar üçün heç də düşərli olmayacaq. Komissarlıq işçisinin sözlərinə görə, dəyişikliklər əsasən yeni komissarların təyinatı ilə bağlı ola bilər. Belə ki, yeni rəis bir çox rayonlarda komissarları dəyişmək niyyətindədir. Bu planlar arasında müvafiq struktur işçilərinin ixtisarı, eləcə də rəhbərlərinin transferləri də var: «Yadınızdadırsa, ötən il dörd rayonun komissarlığında rüşvət və korrupsiya cinayətləri aşkarlandı. Hətta onlar arasında vəzifəsindən kənarlaşdırılanlar, həbs edilənlər də oldu. Bütün bunlar komissarlıq sistemindəki nöqsanları üzə çıxardı. Arzu Rəhimov isə Sərhəd Xidmətində çalışmış adamdır. Bu sahənin digər sektorlarla müqayisədə rüşvətdən, korrupsiyadan kənarda qalması göz qabağındadır. Sərhəd Xidmətində əsgər ölümləri, itkilər, xoşagəlməz hadisələr çox nadir hallarda baş verir.»
Komissarlıq sistemindəki kardinal dəyişikliklər bununla yekunlaşmır. Mənbəmiz qeyd etdi ki, bəzi işçilərin təqaüdə göndəriləcəyi planı da hazırlanıb: «Hazırda ölkəmizin komissarlıq sistemində 3500-ə yaxın insan çalışır. Bəzi rəqəmlərdə isə bu, 4000 göstərilir. Bizdə olan məlumata görə, general rəhimov komissarlıqlarda ixtisarlar aparmaq niyyətindədir».
Onu da əlavə edək ki, general Rəhimovun Müdafiə Nazirliyi tabeçiliyində fəaliyyət göstərən Səfərbərlik İdarəsini də ləğv etmək istəyində olduğu bildirilir. Yeni qurumun rəhbərliyi bu qənaətdədir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldıqdan sonra analoji adlı başqa bir strukturun fəaliyyətinə ehtiyac yoxdur. Lakin həmin idarənin fəaliyyətinə xitam verilib-verilməyəcəyi, bu barədə yayılan xəbərlərin həqiqətə uyğun olub-olmadığı sual altındadır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|