BİNƏ HAVA LİMANINI SU BASDI
Tarix: 24-02-2012, 13:39 |
Çap et
“ƏRAZİDƏ QRUNT SULARININ SƏVİYYƏSİ QALXIB”
Heydən Əliyev Beynəlxalq Hava Limanı ərazisində subasma müşahidə edilib.
Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib. Onun sözlərinə görə, bununla bağlı artıq Nazirlər Kabinetinə məlumat verilib:
“Ərazidə qrunt sularının səviyyəsi qalxıb. Subasma yeraltı və yerüstü suların bilavasitə birgə təsiri nəticəsində baş verib”. Ş.Niftiyev bildirib ki, subasma Hava Limanın Bakı istiqamətində olan tərəfində baş verib: ”Hazırda həmin ərazidə bərpa işləri aparılır. Yerüstü suların ərazidən uzaqlaşdırılması üçün nasoslar işləyir”.