GƏNCƏYƏ YENİ RƏİS GÖNDƏRİLDİ
Tarix: 22-02-2012, 13:10 |
Çap et
NƏHAYƏT, 7 AYDAN SONRA DYPİ-YƏ RƏHBƏR TAPILDI
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Rafiq Məmmədov Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinə rəis təyin edilib.
Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinin əvvəlki rəisi Fazil Cəfərov isə ötən ilin oktyabrında təqaüdə göndərilib.