“AZƏRBAYCAN DƏMİR YOLLARI” MƏHKƏMƏYƏ VERİLDİ
Tarix: 14-02-2012, 12:19 |
Çap et
“DƏVƏÇİ BROYLER”İN MƏHSULLARINI KİM ZAY EDİB?
“Dəvəçi Broyler” ASC “Azərbaycan Dəmir Yolları” QSC-ni məhkəməyə verib.
APA-nın xəbərinə görə, “Dəvəçi Broyler” ASC pulun tutulması iddia tələbi ilə əvvəlcə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. İddiada məhsulun vaxtında mənzil başına çatdırılmadığından xarab olduğu, bunun nəticəsində şirkətə ziyan dəydiyini qeyd edilib. Lakin məhkəmə iddianı təmin etməyib. Bundan sonra “Dəvəçi Broyler” ASC məhkəmə qərarından apellyasiya şikayəti verib.
Hazırda Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılır.