“DƏMİRBANK”IN SABİQ FİLİAL RƏHBƏRİ DƏLƏDUZ ÇIXDI
Tarix: 14-02-2012, 12:16 |
Çap et
O, 5000 DOLLAR PULU MƏNİMSƏYİB
Azərbaycanda bank filialının keçmiş rəhbəri dələduzluqda günahlandırılır.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən "DəmirBank" ASC-nin Yevlax filialında müdir işləmiş Yasin Cəfərovun işlədiyi müddət ərzində 5000 dollar pulu dələduzluq yolu ilə mənimsəməsi müəyyən edilib.
Belə ki, bankın filial rəhbəri 2007-ci ilin may ayının 18-də həmin bankdan əmək haqqı alan Ceyhun Rzayevin xəbəri olmadan onun adına saxta sənəd tərtib edərək 5000 dollar pulu mənimsəyib.