Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü .....                     DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! .....                     Dudanın “durbin şousu” .....                     “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi .....                     Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq .....                     Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir .....                     Rusiyada 8, Ukraynada isə 5 min əsir var .....                     İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı .....                     Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik .....                     Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” .....                     Erməni general İtaliyada: .....                     Kursk təmizlənir .....                     Kartdan-karta ödəniş necə aşkarlanır? .....                     Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: .....                     "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb .....                     "Nəvəmə qızımın adını qoymuşam" .....                     Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: .....                     Mülayim şərq küləyi əsəcək .....                     Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb .....                     Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? .....                     Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib .....                     Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib .....                     Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər .....                     Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: .....                     Ermənistan ordusunda skandal: .....                     Aİ səfiri dezinformasiya yayır .....                     Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi .....                     Avropa İttifaqı: üzüqara Borrel gedir .....                     “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib .....                     FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi .....                     Bir tərfədən Rusiya, digər tərəfdən... .....                     Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ .....                     Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” .....                     Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır .....                     Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb .....                     BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... .....                     Lalə Şövkət siyasətə .....                     "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" .....                     Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında .....                     "Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" .....                 

Cəmil Quliyevdən İTV-dəki kadr islahatları ilə bağlı ilginc açıqlamalar
Tarix: 26-12-2013, 17:04 | Çap et
Cəmil Quliyevdən İTV-dəki kadr islahatları ilə bağlı ilginc açıqlamalar
"Burada pis heç nə yoxdur"

DİA.AZ trend-ə istinadən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyevin müsahibəsini təqdim edir:
- İTV Yayım Şurasının sizi baş direktor seçməsindən 8 ay ötüb. Bu müddət ərzində telekanalda ilkin məqsədlərinizə nail ola bildinizmi?
- Qısa desək, başa çatan dövrdə xüsusilə yayım proqramının şəbəkəsi dəyişib. Biz maraqlı proqramları saxlamaqla yanaşı, minimum xərclə yenilərini yaratdıq. Efirdə verilişlərin yayım konsepsiyası da dəyişdi.
- Bəzi dedi-qoduçular iddia edirlər ki, telekanalın reytinqi aşağı düşüb.
- Bu, İTV-yə qarşı bəzi sosioloji xidmətlərin yürütdüyü düşünülmüş taktikadır. Birincisi, televiziya tamaşaçıları arasında populyarlıq qazanmış proqram və verilişlər yenə də onları sevindirməyə davam edir. Başa çatmış 8 ay ərzində İTV-də cəmi bir proqram bağlanıb, lakin müxtəlif xarakterli 10 yeni televiziya proqramı açılıb. Film və musiqi proqramlarının nümayiş sistemi dəyişdirilib. Bizə məlumdur ki, cəmiyyət bu dəyişiklikləri müsbət reaksiya ilə qarşılayıb. İncəsənət və mədəniyyətlə bağlı proqramların sayı artırılıb, tok-şouların sayı isə hətta iki dəfə artıb.
Təkcə son 3 ay ərzində görkəmli bəstəkarlar Emin Sabitoğlu və Elza İbrahimova, şairlər Əhməd Cəmil, Məmməd Araz, yazıçı Elçin və digərlərinə həsr edilmiş sənədli filmlər çəkilib və nümayiş etdirilib. Muğam ustadı Arif Babayev, aktyorlar Həsən Məmmədov, İlham Namiq Kamal, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb və rejissor Tofiq İsmayılovun həyat və yaradıcılığına həsr edilmiş onlarla televiziya filmi "Carçıfilm" studiyasının yeni uğurları sırasına aid edilir.
Bundan başqa, İTV yerli və beynəlxalq xarakterli irimiqyaslı tədbirləri yayımlayır. Biz prezident seçkilərini kifayət qədər uğurla işıqlandırdıq, Azərbaycan efirində "Eurovision-2013" mahnı müsabiqəsinin bütün prosedurlarının təşkilini və informasiya dəstəyini təmin etdik, TRT orkestri ilə birgə "Axşam səfası" layihəsini və s. həyata keçirdik. Yeri gəlmişkən, böyüklər və uşaqlar arasında "Eurovision-2013" müsabiqələrində televiziya kanalımızın fəal iştirakı ilə Azərbaycan təmsilçiləri müvafiq olaraq ikinci və yeddinci yerləri tutdular. Əgər xatırlayırsınızsa, ötən il 12 ölkənin uşaqları arasında keçirilən "Eurovison" müsabiqəsində təmsilçimiz 11-ci olmuşdu.
İTV son aylar beynəlxalq və yerli əhəmiyyətli bir çox mükafatlar qazanıb. Onlar arasında "Qağayı" filmini qeyd etmək istərdim. Biz həmin filmlə Rusiyanın paytaxtı Moskvada keçirilmiş Beynəlxalq televiziya və kinofilmlər festivalında təmsil olunmuşduq. Telekanalımızın yaradıcılıq məhsulu "Ən yaxşı sənədli film" nominasiyasında qalib oldu. Yeni il ərəfəsində İctimai Televiziya və Radio daha bir uğur qazandı. Yayım şirkətinin adı "Azeri Business Award" milli mükafatının laureatları sırasına daxil edildi. Xatırladım ki, bu mükafatın təsisçisi Azərbaycanın işgüzar dünyasının qabaqcıl nəşri "Business Time" jurnalıdır.
- Maraqlıdır ki, cəmiyyətdə yaradıcılıq məsələləri deyil, sizin tərəfinizdən aparılan kadr dəyişiklikləri müəyyən reaksiya doğurdu. Bəzi kütləvi informasiya vasitələri sizi AzTV-nin kadrlarına üstünlük verməkdə qınayır.
- Əvvəla, biz telekanalda mövcud yaradıcı özəyi qoruyub saxlamışıq. Lakin xatırlatmaq istəyirəm ki, 2005-ci ildə İTV yarananda bir çox rəhbər, yaradıcı və texniki kadrlar AzTV-dən dəvət olunmuşdu. Və burada pis heç nə yoxdur. Mənim üçün AzTV həmişə bütün ölkənin televiziya məkanı üçün mütəxəssislərin hazırlanmasında əsas peşəkar məktəb olub. Mən özüm bu yaxınlaradək AzTV-də çalışmışam, atam uzun illər Azərbaycan Televiziya və Radiosuna rəhbərlik edib. İTV-nin baş direktoru seçildikdən sonra mənə həvalə olunan telekanalın peşəkarlıq səviyyəsinin artırılması məqsədilə AzTV-dəki kadrları bura cəlb etdik. İTV-də kadr dəyişiklikləri ayrı-ayrı KİV səhifələrində ciddi reaksiya doğurdu, çünki işdən çıxarılan işçilərin bəzilərinin onlarla sıx əlaqəsi var və bu da İTV-dəki dəyişikliklərə qarşı qəzəbli kampaniyaya gətirib çıxarır.
- "Eurovision-2014" müsabiqəsinə hazırlıq necə gedir?
- 2014-cü ilin yanvarından İTV-də beynəlxalq "Böyük səhnə" layihəsi başlayır ki, orada kastinqlər və "Eurovision-2014" müsabiqəsinin iştirakçılarının seçimi aparılacaq.
- Adətən, televiziya işçiləri öz planlarını bölüşməyi sevmirlər. Lakin bilmək istərdik ki, qarşıdan gələn ildə İTV-nin tamaşaçılarını hansı yeniliklər gözləyir.
- Bizim gələcəklə bağlı planlarımız çoxdur. Bu planlar, xüsusilə, beynəlxalq fəaliyyətimiz və İTV-nin proqram siyasəti ilə bağlıdır. Mən televiziyaya gəlişimdən sonra gördüm ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uğurlu siyasəti nəticəsində ölkəmizdə televiziya məkanının inkişafı üçün hər cür şərait yaradılıb. Biz televiziya işçilərinə isə yalnız dövlətin və xalqın səadəti naminə çalışmaq qalır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02
Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58
Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56
Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52
Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37
Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32
"Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31
Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15
Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02
Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00
Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52
Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44
Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43
Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41
Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40
“CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25
Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23
Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10
Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08
Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03
BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00
Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55
"Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54
Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49
"Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48
Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43
Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40
Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ - "Ümidimiz tək Sizsiniz..."
Bu gün, 10:37
Naxçıvan rəhbərliyinin “B” planı - İki qəlibçiyə görə elan veriblər
Bu gün, 10:25
Zəngəzura nəzarət belə olacaq - Əsas mexanizm açıqlandı
Bu gün, 10:12
Cəlilabadda iki məktəbin bir direktoru var?! - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10
Ermənilər YENİ SAVAŞ tədarükündə... - NƏ ETMƏLİ?
Bu gün, 10:06
Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı - QALİB ŞİRKƏT
Bu gün, 10:04
Azərbaycanda dörd universitetə akkreditasiya verilib - SİYAHI
Bu gün, 09:58
Bakı ilə Varşava arasında Arazdəyən gərginliyi - DETALLAR məlum oldu
Bu gün, 09:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru