RUSİYANIN DONMASI NEFTÇİLƏRİMİZİN İŞİNƏ YARADI
Tarix: 13-02-2012, 13:20 |
Çap et
AZƏRBAYCAN NEFT EMALINI ARTIRIB
Azərbaycanın neft emalı zavodları yanvarın sonu üçün ARDNŞ-dən emal üçün 581 min 389 ton neft alıblar, bu, plandan 0,9% və ya 5,361 min ton, 2011-ci ilin yanvarındakından 68 min 919 ton çoxdur (512 min 470 ton). Bu barədə ARDNŞ məlumat verir.
Neft emalının artımı ilk növbədə onunla bağlı olub ki, yanvarda ARDNŞ pis hava ilə bağlı Novorossiyskdən ixrac həcmini 2 dəfə (70 min ton) azaltmalı olub. Bununla bağlı bütün həcm emala göndərilib.
Azərbaycanda iki NEZ var: H.Əliyev adına (yanacaq istehsalı) və "Azərneftyağ" (yağ və sürkü istehsalı) var. Hər ikisi ARDNŞ-nin balansındadır. 2020-ci ilə kimi onlar söküləcək. Bu vaxta kimi Qaradağda yeni neft-kimya kompleksi istifadəyə verilməlidir.