SƏHİYYƏ NAZİRLİYİ BAZARA ÇIXIB
Tarix: 3-10-2011, 12:18 |
Çap et
MƏQSƏD YOXLAMA APARMAQDIR
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ticarət mərkəzlərində yumurta və quş ətinin təhlükəsizlik göstəricilərini yoxlamağa başlayıb. Bunu bazar ertəsi Trend-ə RGEM-in qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.
Onun sözlərinə görə, yoxlamalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aparılır.
Abdullayevin sözlərinə görə, bundan sonra xörək duzunun yodlaşdırılması vəziyyəti, toksikoloji göstəriciləri, çay və qəhvənin təhlükəsizlik göstəricilərini araşdırmaq məqsədilə yoxlamalar aparılacaq.