SUMQAYITDA MİKAYIL CABBAROVUN SÖZÜ KEÇMİR
Tarix: 20-12-2013, 12:09 |
Çap et
TEXNİKİ VƏ TƏBİƏT ELMLƏRİ LİSEYİNDƏ BAZAR AÇILIBTexniki və Təbiət Elmləri Litseyinin direktoru Rüxsarə Əhmədova naziri və onun qərarlarını saymır.
Ötən gün təhsi l naziri Mikayıl Cabbarov mətbuatın qarşısında çıxış edərək, bütün təhsil ocaqlarının rəhbərlərinə xəbərdarlıq etmişdi. TİA.AZ xəbər verir ki, həmin xəbərdarlıqda nazir bəyan etmişdi ki, əgər hər hansı bir müəllim və ya direktor pul alarsa, dərhal işdən çıxarılacaq. Nazirin bu açıqlamasından sonra valideynlərin ürəyinə azca su səpilmişdi ki, heç də yaxşı olmayan xəbər Sumqayıtdan gəlib. Daha doğrusu, bu şəhərdəki orta məktəblərdə təhsil alanların durumunun ağır olduğu deyilir. TİA.AZ-ın əldə etdiyi məlumata görə, hal hazırda Sumqayıt Şəhər Texniki və Təbiət Elmləri Litseynində şıdırğı pul yığılır. «Fond Pulu» adı altında toplanan həmin pulların litseyin direktoru Rüxsarə Əhmədovaya çatdığı deyilir. Həmin vəsaiti öz adından yığdıran direktor nazirin verdiyi tapşırığı da heç sayıb. Hətta valideynlər bununla bağlı ona xatırlatma etsələr də, Əhmədova bildirib ki, onun arxasında duran şəxs Mikayıl Cabbarovdan daha güclü adamdır. TİA.AZ-a danışan valideynlərdən biri isə məsələ ilə bağlı rəsmi qurumlara müraciət edərək, onlardan kömək istəyəcyini deyib.