
Müğənni Nura Suri İstanbula yola düşüb. Müğənninin yeni il öncəsi İstanbula getmə səbəbi heç də ürək açan deyil. Ifaçı özü Mövqe.az saytının əməkdaşı ilə söhbəti zamanı İstanbulda olduğunu bildirib:
"Hal-hazırda İstanbuldayam. Anam əməliyyat olunduğu üçün bura gəlmişəm. Anam ürək xəstəsidir”.
Əldə etdiyimiz məlumata görə, hal-hazırda müğənninin anasının əməliyyatı çox uğurlu keçib.