
Bəstəkar Sevinc Tofiqqızınin yeni bəstələdiyi mahnını gənc müğənni Aysel Əlizadə ifa edəcək. ANS PRESS-in məlumatına görə, sözləri millət vəkili Qənirə Paşayevaya məxsus olan mahnı “Söylə” adlanır.
“Həm Sevinc xanım, həm də Qənirə Paşayevanın birgə yaradıcılıq tandemi olan mahnını Osman bəyin aranjemanından sonra sevə-sevə səsləndirdim ” – deyən Aysel Əlizadə yeni mahnısını yaxın günlərdə təqdim edəcək.