JURNALİSTLƏRİN DAHA BİR AZAD ÜNVANI HƏDƏFDƏ
Tarix: 7-02-2012, 14:29 |
Çap et
NAZİRLİK RATİ-DƏ YOXLAMAYA BAŞLAYIR
Ədliyyə Nazirliyi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) yoxlamalara başlayıb.
RATİ-dən daxil olan məlumata görə, bununla əlaqədər qurumdan bir sıra sənədlər istənilib. Nazirlik orada araşdırmalar aparacaq. Bütün bu olanlarla bağlı bu gün saat 14-00-da RATİ-nin yerləşdiyi ofisdə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, RATİ 2008-ci ildə bir qrup jurnalist tərəfindən yaradılıb. Məqsəd Azərbaycanda söz azadlığının qorunmasını təmin etməkdir.