"Cavanlar az qalır deyə ki, qocal çıx get" .....                     Azər Səmədova yüksək vəzifə verildi .....                     FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı .....                     Yeni Vergi Məcəlləsi hazırlanır .....                     Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... .....                     Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib .....                     Növbəti “rəngli inqilab” cəhdi .....                     Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi .....                     Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü .....                     DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! .....                     Dudanın “durbin şousu” .....                     “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi .....                     Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq .....                     Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir .....                     Rusiyada 8, Ukraynada isə 5 min əsir var .....                     İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı .....                     Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik .....                     Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” .....                     Erməni general İtaliyada: .....                     Kursk təmizlənir .....                     Kartdan-karta ödəniş necə aşkarlanır? .....                     Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: .....                     "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb .....                     "Nəvəmə qızımın adını qoymuşam" .....                     Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: .....                     Mülayim şərq küləyi əsəcək .....                     Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb .....                     Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? .....                     Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib .....                     Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib .....                     Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər .....                     Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: .....                     Ermənistan ordusunda skandal: .....                     Aİ səfiri dezinformasiya yayır .....                     Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi .....                     Avropa İttifaqı: üzüqara Borrel gedir .....                     “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib .....                     FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi .....                     Bir tərfədən Rusiya, digər tərəfdən... .....                     Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ .....                 

AZƏRBAYCAN MTN ONLARI DURDURA BİLƏCƏKMİ?
Tarix: 26-11-2013, 11:29 | Çap et
AZƏRBAYCAN MTN ONLARI DURDURA BİLƏCƏKMİ?
"Bakı şəhəri Yasamal rayonundakı "Məşədi Dadaş" məscidinin partladılmasına, o cümlədən məscidin axundu Şahin Həsənova qarşı sui-qəsdə cəhdlə bağlı baş verənlər kifayət qədər təhlükəli məqamları ortaya çıxartdı. Çünki MTN-in apardığı əməliyyatlar zamanı məlum oldu ki, yeni yaradılan bu qruplaşma sosial şəbəkələrdə yaradılan və məsuliyyətsiz açıqlamalarla çıxış edən hansısa qüvvələr deyil. Çünki onların özləri üçün baza yaratdıqları, rahatlıqla silahlandıqları aşkarlandı.

Və buda sübut edir ki, heç də gündəmə gələn bu gənclər müstəqil addım atmayıblar və onların arxasında kifayət qədər real güclər dayanır. Bu arada maraqlı başqa bir məqamada baxaq. Demək olar ki, bu terror təhlükəsi gündəmə gələn məqamda başqa bir olay baş verdi. Belə ki, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumata əsasən, keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda partlayıcı maddə olan barıtın Azərbaycana gətirilməsinin qarşısı alınıb.Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən verilən məlumata görə, respublikanın şimal sərhədindən - Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Eyvazov Qəşəm Durbala oğlu tərəfindən idarə olunan “İkarus-256” markalı, 50 BN 073 nömrə nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxışı zamanı iki ədəd arxa sağ və bir ədəd arxa sol işlək təkərlərin içərisindən gömrük nəzarətindən gizlədilmiş 140 kiloqram partlayıcı maddə-barıt aşkar olunaraq götürülüb.Ekspertlər hesab edir ki, bu hadisələrin eyni vaxtda baş verməsi heç də təsadüf deyil və bəzi məqamlarda buna mərkəzləşmiş bir qüvvənin əməli kimi də baxmaq vacibdir. Yəni, öncəliklə belə bir bəyanat verilir və bu qüvvə zərərsizləşdirilir və eyni vaxtda bölgəyə külli miqdarda partlayıcı madə keçirtməyə cəhd edilir. Gəlin məsələnin tamam başqa bir tərəfinə də baxmaqdan öncə verilən rəsmi açıqlamaya baxaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, təhrikçi, hər hansı zorakılığı hüquqi sayan düşüncə tolerantlıq modelinə qarşı, eyni zamanda, Azərbaycanda mövcud olan müsbət tendesiyalara qarşı böyük təhlükədir. Bu təhlükə dünyada da öz təzahürünü tapır: "Ona görə də istər ideoloji müstəvidə, istərsə də maarifləndirmə sahəsində bu istiqamətdə bütün qabaqlayıcı tədbirlər həyata keçirilməlidir ki, belə xoşagəlməz hallar Azərbaycanda kök sala bilməsin".Azərbaycanda radikal dini cərəyanların fəaliyyətinin qadağan edilməsi barədə səslənən fikirlərə də münasibət bildirən E.İskəndərov qeyd edib ki, belə bir mexanizm Azərbaycanda mövcuddur: "Radikal mövqedə duran və yaxud da dini, milli və irqi zəmində aşağılayıcı dünyagörüşü yayan cərəyanlar dövlət qeydiyyatına alınmır. Dövlət qeydiyyatında olmayan dini icmaların fəaliyyəti isə mümkün deyil". Amma bunu da qeyd edək ki, dağıdıcılıq missiyası ilə yaradılan bu təşkilatların heç biri rəsmi qeydiyyata belə keçməyə maraqlı olmurlar. Çünki terror yolunu seçən hansısa qrup hansı məntiqlə rəsmi qeydiyyata keçsin? Deməli mübarizə forması daha da ciddiləşdirilməli və bu proseslərdə siyasi məqamlar unudulmamalıdır. Söhbət Rusiya faktorundan gedir. Çünki son bir neçə ay ərzində Rusiya ilə münasibətlər gərginləşəndən sonra bu cür hallar baş verməyə başlayıb. Çox maraqlıdır, Azərbaycanda zaman-zaman cihad elan edən şəxslər məhz şimali Qafqazdan gəlirlər və onların Rusiya ilə bağlılığı ortaya çıxır. Belə ki, Rusiya Çeçenistanda üstünlüyü ələ alandan sonra bəzi dini qruplaşmalarla sövdələşməyə gedə bildi. Hətta bu qruplaşmalar zamanında Rusiyada terrorçuluq fəaliyyəti ilə məşğul olublar. Bu gün isə Rusiyanın maraqlarına cavab verirlər və bu ölkəyə lazım olanda onların gücündən istifadə edilir. Tək bir məqama baxaq. Şimali Qafqazdan gələn bu dini qruplaşmalar nədən məhz Azərbaycanı hədəf seçir. Halbu ki, onların məntiqi ilə yanaşsaq onlar elə xristian ölkələrində hansısa aksiyaları həyata keçirtməlidirlər. Amma bu günə qədər bir dəfə də olsa eşidibsinizmi, istər vəhabi təriqətinə bağlı olan, istər İrana bağlı olan hansısa dini təşkilat Ermənistanda hansısa cihadı elan etsin? Bu günə qədər bir dəfə də olsa belə hadisə baş verməyib. Bu isə açıq şəkildə sübut edir ki, həmin qüvvələrin arxasında siyasi qüvvələr dayanır və onlar sadəcə olaraq bir alətdilər. Həmçinin hesab oluna bilər ki, bu şəxslər fanatiklərdir və şiələrə qarşı etirazlarını bu şəkildə bildirməyə çalışıblar və bunlara o qədər də ciddi yanaşmağa dəyməz. Amma fakt budur ki, növbəti xəbər məsələnin nə qədər ciddi olduğunu sübutlayır. Belə ki, bu günlərdə MTN başqa maraqlı bir xəbər yaydı. "Qərb istiqamətində neft və qazın nəqli üzrə fəaliyyət göstərən kəmərlərin bir hissəsi Ermənistan silahlı qüvvələri ilə təmas xəttinə yaxın məsafədən keçir. Bu da bir təhdid istiqaməti kimi qiymətləndirilir". Bunu konfransda çıxış edən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Enerji infrastrukturunun mühafizəsi şöbəsinin müdiri Cavad Tınayev bildirib.
Onun sözlərinə görə, kəmərlərin Gürcüstan ərazisindən keçən hissəsində ermənilərin kompakt yaşaması və həmin ərazilərdə kəmərlərin istismarına müxtəlif şirkətlər vasitəsilə cəlb olunması da təhdid mənbəyidir. İkinci əsas məsələ terrorçu və ekstremist təşkilatların nümayədələrinin strateji infrastruktur obyektlərinə nüfuz olunmasıdır.
Şöbə müdiri bildirib ki, müxtəlif şirkətlər tərəfindən layihələrdə işə qəbul adı altında bir sıra ölkələrdən, xüsusilə terrorun müəyyən qədər yayıldığı ölkələrdən işçi qüvvəsinin cəlb olunması halları mövcuddur. Bu da müxtəlif terrorçu təşkilatlara aid şəxslərin obyektlərə daxil olmasına imkan yaradır: "Dənizdəki infrastruktur obyektlərin təhlükəsizliyi ilə bağlı Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməməsi də əlavə təsir göstərir. Dənizdə nəqliyyat vasitələrinin, digər neqativ fəaliyyətin baş verməsi, yanacaq, neft məhsullarının, silah qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qrupların fəaliyyəti əlavə təhdid mənbəyi kimi qiymətləndirilir. Biz enerji infrastrukturlarının təhlükəsizliyinə aiddiyəti olan qurumlarla əməkdaşlıq etməyə hazırıq".
Ekspertlər hesab edir ki, MTN-in belə bir bəyanatla çıxış etməsi d təsadüfi deyil. Çünki hazırda baş verənlər sübutlayır ki, bir sıra qonşu dövlətlər var ki, onlar Azərbaycanda sabitliyin pozulması və terror yuvasına çevrilməsi üçün real addım atmağa meyillidirlər. Hələ bir il öncə İranın generallarından biri çəkinmədən açıq şəkildə bəyan etmişdi ki, lazım gələrsə Azərbaycanı terror gölündə boğarıq. Bu gün iranlı general kimi bir sıra başqa ölkələrində generalları bunu məmnuniyyətlə etməyə hazırdılar və bunun üçün əllərində terror mərkəzinə çevrilən Ermənistan var. Ekspertlər hesab edir ki, qonşu dövlətlərin Azərbaycana təzyiqləri artan kimi Ermənistan xüsusu xidmət orqanları Azərbaycanda terror aksiyaları həyata keçirtmək üçün hərəkətə keçirlər. İndi isə gəlin bir suala cavab axtaraq. Nədən, Azərbaycan terrorçuların yenidən marağını cəlb edib? Müşahidəçilərin fikrincə burda yalnız bir amil var. Bu isə sırf siyasi məsələlərlə bağlıdır. Belə ki, Azərbaycan son illər kifayət qədər ciddi iqtisadi imkanlara sahibləndi və daha çox müstəqil siyasət həyata keçirtməyə başladı. Bu isə sözsüz ki, ətrafda qıcıq yaradır. Dünənə qədər Azərbaycan Rusiya və İranın iqtisadiyyatından ciddi şəkildə aslı durumda idisə, indi artıq bu problem aradan qalxıb. Buna görə də Azərbaycan realda nə qərbin, nə də bu qüvvələrin vasitəçisinə çevrilmək niyyətində deyil. Elə Azərbaycanın nə Avropa Birliyinə, nə də Gömrük İttifaqına üzv olmaq istəməməsi də müstəqil siyasətin göstəricisidir. Amma bunu Azərbaycan asanlıqla əldə edə bilməyəcək və ittihamlar, terror təhlükələri hər gün daha da artacaq. Çox təssüfləndirici haldır ki, xarici qüvvələrin bu işləri həyata keçirtməsi üçün elə Azərbaycanın öz daxilində lazımi qüvvələri də var və bunlar Azərbaycan vətəndaşlarıdır. Tutalım illər öncə bu cür qüvvələr hansısa aktı həyata keçirtmək istəyirdirlərsə ya Ermənitandan, ya Qafqazdan,ya İrandan terrorçu simalar tapırdılarsa,indi rahatlıqla illər boyu Azərbaycanda formalaşdırdıqları şəxslərin imkanlarından yararlanırlar. Diqqət yetirsəniz görərsiniz ki, son iki il ərzində həbs olunan terrorçuların 90 faizi məhz Azərbaycan vətəndaşlarıdır. Müxtəlif dini təriqətlər vasitəsi ilə təsir altına düşən bu şəxslərin hətta bir qolu gedib Əl-Kaida təşkilatına çıxır. Müşahidəçilər hesab edir ki, hadisələrin bu şəkildə inkişafı isə hüquq-mühafizə orqanlarının işini iki qat çətinləşdirir. Bunu da qeyd edək ki, indi məsələnin daha təhlükəli hal almasının başqa bir səbəbi isə bu qüvvələrin siyasətə meyillənmələridir. Milli Şura yaradılan zaman da ortaya çıxdı ki, bu qüvvələr siyasətə transfer etməklə öz əməllərini siyasiləşdirir və bundan bəhrələnirlər. Dünənə qədər QHT-lər bu tip simalara terrorçu kimi yanaşırdılarsa, hazırda onlara hətta siyasi məhbus status belə verməkdən çəkinmirlə. Bunlar isə mürəkkəbliyi daha da artırır. Beləliklə çıxarılan nəticə budur ki, bu gün Azərbaycan ətrafında bir həlqə yaradılıb. Bu həlqə hər gün daralır və deyəsən yavaş-yavaş həlqənin siyasi rıçaqları, terror rıçaqları ilə əvəzlənir. Bunun qarşısının alınmasının tək yolu isə cəmiyyətin səfərbər olunmasıdır. Çünki cəmiyyətdə bir aktivlik müşahidə olunmazsa, bu qüvvələrin hərəkət imkanları kifayət qədər artacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02
Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58
Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56
Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52
Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37
Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32
"Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31
Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15
Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02
Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00
Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52
Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44
Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43
Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41
Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40
“CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25
Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23
Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10
Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08
Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03
BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00
Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55
"Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54
Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49
"Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48
Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43
Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru