YAZ SESSİYASINDA OMBUDSMAN HESABAT VERƏCƏK
Tarix: 1-02-2012, 12:23 |
Çap et
OQTAY ƏSƏDOV GƏRGİN İŞİN OLACAĞINI DEYİR
Milli Məclisin (MM) 2012-ci il yaz sessiyası başlayıb.
APA-nın məlumatına görə, dövlət himinin səslənməsi ilə başlayan yaz sessiyasının ilk plenar iclası MM-in spikeri Oqtay Əsədovun sədrliyi ilə keçirilir.
İclasın gündəliyinə 4 məsələ daxil edilib. Bunlar Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkili, Milli Məclisin 2012-ci il yaz sessiyasının qanunvericilik işlər planı və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsidir.
O. Əsədov 2012-ci ilin yaz sessiyasında MM-i çox gərgin və maraqlı iş gözlədiyini deyib. Spiker bildirib ki, yaz sessiyasında MM-də bir neçə qanun layihəsi müzakirə olunacaq, hökumətin, Ombudsmanın hesabatları dinləniləcək.
Qeyd edək ki, MM-in 2012-ci il yaz sessiyasının iş planına ümumilikdə 17 məsələ, o cümlədən Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri salınıb.