ƏLİ KƏRİMLİNİN KEÇMİŞ SİLAHDAŞI DANIŞDI
Tarix: 22-11-2013, 13:11 | Çap et
Seçkilərdən məğlub çıxan radikal müxalifət yenidən üzünü xaricə tutub. Milli Şuranın vahid namizədinin seçkidən sonra başlayan Avropa turnesi Amerikaya qədər uzanıb. Hər hansı siyasi statusu olmayan Cəmil Həsənli Azərbaycan müxalifətinin lideri kimi təqdim edilərək, müəyyən qüvvələrin təsiri altında hərəkət edir, qapı-qapı düşərək özünə və tərəfdaşlarına dəstək axtarır. Azərbaycan müxalifətinin seçki sonrası vəziyyəti, Cəmil Həsənlinin xaricə səfərlərinin məqsədi, Milli Şurada daxilindəki ziddiyyətlər, partiyalararası ciddi fikir ayrılıqları və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını sabiq millət vəkili Yurddaş Partiyasının sədri Mais Səfərli cavablandırır.
- Azərbaycan müxalifətinin seçki sonrası durumunu necə dəyərləndirirsiniz? - Gördüyünüz kimi müxalifət növbəti prezident seçkilərini də uduzdu. Seçkidən əvvəl olduğu kimi, bu proses başa çatandan sonra da müxalifət liderləri öz kreslolarını qoruyub saxlamaq üçün müxtəlif vasitələrə əl atırlar. Hələ seçki öncəsi qarşıdakı məğlubiyyəti yaxşı dərk etdiklərindən, özlərinin deyil, kənardan neytral bir nəfərin namizədliyini dəstəkləməyi üstün saydılar. Çünki seçkidən sonra tərəfdarların, cəmiyyətin ittihamlarından, iradlarından, tənələrindən yaxa qurtarmağa çalışırdılar. Biz bütünlükdə seçki prosesinə nəzər salsaq görərik ki, liderlər öz istəklərinə nail oldular. Əgər radikal müxalifətin partiya sədrləri seçkiyə özləri qatılsaydılar, bu uğursuzluq bilavasitə onların ayaqlarına yazılacaqdı. Lakin taktiki gedişlər sayəsində fərqli mənzərə yarandı. Onlar əvvəlcə ictimai-siyasi proseslərdən məlumatsız olan kinorejissor Rüstəm İbrahimbəyovu özlərinə vahid namizəd seçdilər. Halbuki ötən 20 ildə bu postu liderlər bir-birinə güzəştə getməmişdilər. Ana-ata müxalifət, vahid namizəd olmaq onlar üçün az qala həyati əhəmiyyət daşıyan bir məsələ idi. Ancaq bu dəfə asanlıqla vahid namizədliyi Rüstəm İbrahimbəyova həvalə etdilər. O isə Azərbaycana gəlməkdən qorxduğu üçün liderlərin ümidlərini doğrulda bilmədi. Son anda tarixçi Cəmil Həsənlinin üzərində dayandılar. Buna baxmayaraq, nəticələri təhlil edəndə seçkidəki uğursuzluğun yalnız Cəmil Həsənlinin deyil, bütövlükdə müxalifətin məğlubiyyəti olduğunu anlamamaq olmur. Çünki Milli Şura müxalifətdə saç-saqqal ağardanlardan ibarətdir. Onlar hər dəfə seçkiləri biabırçı şəkildə uduzmaqla tarixə düşüblər. Seçkiləri uduza-uduza gələn bu şəxslərin seçici dairəsi kifayət qədər məhduddur, elektoratı zəifdir. Son prezident seçkisinin nəticəsi bunu bir daha sübut etdi. Düzdür, həmin liderlər kreslolarını bu dəfə də itirmədilər, amma seçki prosesindən şil-küt olmuş vəziyyətdə çıxdılar.
- Amma Milli Şurada təmsil olunan liderlər uduzduqlarını nəinki mədəni qaydada etiraf etdilər, hətta seçkinin nəticələrinə qara yaxmağa cəhd göstərdilər... - Bu, yalnız bir amillərlə bağlıdır. Ötən seçkilərdə olduğu kimi, bu dəfə də onlar elə hesab edirdilər ki, seçkidən dərhal sonra hay-küy salacaq, bunu ictimailəşdirməklə Avropanı, Qərb dövlətlərini Azərbaycan hakimiyyəti üzərinə ayağa qaldıracaqlar. Ancaq bu dəfə müxalifət liderlərinin bu gözləntisi özünü doğrultmadı. Çünki seçkidən-seçkiyə daha da məlumatlı olan, təkmilləşən, öz seçici hüququndan sərbəst şəkildə istifadə edən vətəndaşlarımız səsvermə məntəqələrinə gəlib öz iradələrini ifadə etdilər. Azad, ədalətli keçirilən səsvermədə seçicilərin böyük əksəriyyəti İlham Əliyevə səs verdilər. Beləliklə, xalq bu dəfə də öz seçimini etdi. Seçkinin demokratik, şəffaf keçməsini sübut edən daha bir amil dünyanın müxtəlif ölkələrinin rəhbərləri tərəfindən Prezident İlham Əliyevə təbrik məktublarının gəlməsidir. Hətta indiyə kimi də belə təbrik məktubları gəlməkdədir. Bu, eyni zamanda dünyanın Azərbaycan xalqının seçiminə hörmətlə yanaşmasının göstəricisidir.
- Milli Şuranın namizədi Cəmil Həsənli seçkilər başa çatandan sonra dərhal Avropa turnesinə çıxdı. Hazırda da o, Amerikadadır və bəzi mətbuat orqanları bunu ictimailəşdirərək qeyd edirlər ki, Cəmil Həsənli Vaşinqtona Azərbaycan müxalifətinin lideri kimi dəvət edilib. Sizcə, bu səfərlərdə məqsəd nədir? - Hazırda radikal müxalifət liderləri seçkidə keçirdikləri “şok”un içindədirlər. Onlar seçkidən sonra ən azı hay-həşir salıb əvvəlki kimi dirçələcəklərini ehtimal edirdilər. Bununla təkrar lider kimi cəmiyyətdə qəbul olunacaqlarını, demokratik ölkələrdən gələn diplomatların onlarla görüşəcəklərini arzulayırdılar. Lakin belə olmadı, seçkilər sakit keçdi. Müxalifətin ucuz şou düzənləməsi üçün hər hansı “fakt” tapılmadı. İndi öz otaqlarına çəkilən müxalifət liderləri üçün yeganə təsəlliverici məqam kreslolarını qoruyub saxlamalarıdır. Seçkilərdən pərt halda çıxan Cəmil Həsənli də belə vəziyyətdən yararlanmaq istəyir. Heç nə olmamış kimi təşəbbüsü ələ alan Cəmil Həsənli özünü Qərb dövlətləri tərəfindən qəbul olunan ciddi siyasi fiqur, müxalifət lideri kimi göstərməyə çalışır. Bu minvalla da Avropanı, Amerikanı gəzir. O, bunu ictimaiyyət içərisində özünü dik tutmaq, gündəmdə qalmaq üçün edir. Guya ki, heç nə itirilməyib, müxalifət qarşıdan gələn növbəti seçkilərə ciddi hazırlaşır və sair. Əgər müxalifət partiya sədrləri kimi Cəmil Həsənli də başını aşağı salıb otursaydı, tamamilə yaddan çıxacaqdılar. Əslində müxalifətin bu cür hərəkəti Azərbaycanın uğurlarını həzm etməyən bəzi qüvvələr üçün də “göydəndüşmə” olur. Həmin qüvvələr Azərbaycana, hakimiyyətə təsir və təzyiq etmək, öz ölkələrinin maraqlarını təmin etmək üçün Cəmil Həsənli kimilərindən istifadə edirlər. Yəni, istər ölkə daxilində, istərsə də xaricdə Azərbaycanda bu cür adamların olmasını istəyənlər var. Elə Amerikanın özündə Azərbaycanın inkişafından narahatçılıq keçirən qüvvələr də az deyil. Türk-İslam dövləti olsa da dünyəviliyi, müasirliyi özünə prioritet seçən Azərbaycanın böyük templərlə irəli getməsi, regionun aparıcı dövlətinə çevrilməsi onları qane etmir. Bunun qarşısını almaq, Azərbaycanı, onun prezidentini daxili problemlərlə məşğul etmək üçün qərb dairələri hər zaman yeni nə isə düşünür, hazırladıqları planı həyata keçirməyə çalışırlar. Bunun üçün isə Azərbaycandakı radikal müxalifət, Milli Şura, müxalifət lideri adlandırılan Cəmil Həsənli onlar üçün yaxşı “tapıntı”dır. Ona görə də mütəmadi olaraq belə səfərlər təşkil olunur.
- Milli Şurada partiyalararası münasibətin kəskinləşməsini nə ilə əlaqələndirirsiniz? - Əvvəldən Milli Şura daxilində intriqalar, ziddiyyətlər var idi. Qarşıda prezident seçkiləri olduğundan onlar sanki bunu arxa plana salmışdılar. Elə görüntü yaradırdılar ki, guya bütün umu-küsünü unudublar. Əslində isə intriqa və ziddiyyətlər oradakı liderlərin danışığında, fəaliyyətində açıq-aşkar hiss olunurdu. Amma bu gün həmin hisslər daha kəskin şəkildə özünü büruzə verməkdədir. Fikir verin, Rüstəm İbrahimbəyovun sədr olduğu Milli Şurada onun verdiyi həmsədrlik institutu təklifi partiyalar arasında ciddi fikir ayrılığı yaradıb. Xüsusən də Milli Şuradakı AXCP və Müsavat partiyaları arasında bu barədə vəziyyət daha gərgindir. Bunun da səbəbi məlumdur. Müsavat başqanı İsa Qəmbər çalışır ki, Milli Şura sədrliyini ələ keçirsin. Seçkidən sonra o, kreslosunu qorumağı bacarsa da, demokratik dəyərlərdən danışan bu adamın partiyasının nizamnaməsindəki tələblər İsa Qəmbəri narahat etməyə bilməz. Belə olan halda o, gözünü Milli Şura sədrliyinə dikib. Görünür, AXCP üzvləri bunu başa düşdüklərindən, Cəmil Həsənlini bu posta daha ideal namizəd sayırlar. Digər tərəfdən, Cəmil Həsənli vaxtilə Əli Kərimlinin yaxın çevrəsində olduğundan, AXCP-yə onun namizədliyini dəstəkləmək sərf edir. Cəmil Həsənli ilə AXCP arasında qırılmaz bağlar var. Bütün bunlar da iki partiya arasında narazılığı və fikir ayrılığını artırır.
- R.İbrahimbəyovun özü də partiya sədrinin Milli Şurada həmsədr olmasını istəmir. Onun qənaətinə görə, əgər partiya liderləri həmsədr olsalar qurumu məhv edər, Milli Şuranı İctimai Palataya çevirərlər. Sizcə, o, bu fikrində nə dərəcədə haqlıdır? - Əslində bu, belədir. Milli Şuranın bir neçə aydır fəaliyyət göstərməsinin səbəbi bu quruma müxalifət liderlərindən kimsənin rəhbərlik etməməsi olub. Əgər Milli Şuranın sədri radikal müxalifəti təmsil edən partiya rəhbərlərindən kimsə olsaydı, o zaman bu qurum tarixin arxivinə gömüləcəkdi. Buna görə Rüstəm İbrahimbəyovun bu yanaşmasını düzgün sayıram. Çünki oradakı partiya sədrləri 20 ildir müxalifət liderliyini bir-birinə güzəştə gedə bilmirlər. Ən çox mübarizəni də öz aralarında aparırlar.
- Milli Şuranın perspektivini necə görürsünüz? - Milli Şuranın artıq cəmiyyətdə heç bir çəkisi yoxdur. Lap əvvəldən bu qurumda cəmləşənlər köhnə simalar və onların bəzi tərəfdarları oldu. Ola bilsin ki, bir-iki nəfər də siyasi proseslərdən kifayət qədər xəbərdar olmayan şəxslər bura qoşulmuşdular. Ancaq ümumilikdə bu qurum vəd edildiyi kimi geniş xalq kütləsinin dəstəyini, etibarını qazana bilmədi. Gələcəkdə də hansısa uğura imza atacaqlarını düşünmürəm. Seçkilər öncəsi Milli Şura ortaya nə doğru-düzgün proqram, platforma qoya bilmədi, nə də insanlara indiki hakimiyyətin edə bilməyəcəyi bir yeniliyi gündəmə gətirmədi. Milli Şuranın namizədi seçicilər qarşısındakı çıxışını indiki iqtidarın nailiyyətlərinə, uğurlarına qara yaxmaq üzərində qurdu. Nəyə görə hakimiyyətə gəlmək istədiklərini, nə edəcəklərini açıqlaya bilmədilər. Bununla da onlar seçicilərin etimadını, səsini qazana bilmədilər, seçkilərdə məğlub oldular.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|