MƏHBƏSƏ SİLAH KEÇİRMƏK İSTƏYƏN YAXALANDI
Tarix: 31-01-2012, 16:38 |
Çap et
ONA QARŞI CİNAYƏT İŞİ AÇILIB
Azərbaycanda cəzaçəkmə müəssisəsinə soyuq silah keçirilməsinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmətin Baş idarəsi və 15 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1968-ci il təvəllüdlü Fətiyev Nazim Kamandar oğlu ilə görüşə gəlmiş qardaşı Faiq Fətiyevin üzərinə baxış keçirilən zaman zavod üsulu ilə hazırlanmış, yaylı açılıb-bağlanan bıçaq aşkar edilərək götürülüb.
Məhkum Fətiyev Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.3.2), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228.4), qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1; 234.4.3) maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edib və həmin müəssisədə cəza çəkirdi.
Fakt üzrə araşdırma aparılır.