SABUNÇUDA "YAŞIL SOYQIRIMA" KİM YAŞIL İŞIQ YANDIRIB?
Tarix: 13-11-2013, 11:45 |
Çap et
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Geofizika İnstutunun yaxınlığında böyük bir ərazini əhatə edən yaşıllıq sahəsinin məhv edilməsi ilə bağlı ötən günlərdə məlumat vermişdik. Qeyd etmişdik ki, indi bu yaşıllığın yerində villa ucalır.
Nəhayət ki, bu gün Sabunçu rayonu icra başçısının köməkçisi Müslüm Mahmudov redaksiyaya telefon açaraq xəbərə mövqeyini bildirdi. Müslüm Mahmudov bizimxeber.az-a açıqlamasında deyir ki, bu ərazinin hasarlanmasında, , ağacların kəsilməsində və torpağın özəlləşdirilməsində Sabunçu rayon İcra Hakimiyətinin rolu olmayıb: “Ərazidəki tikinti ilə bağlı biz heç bir rəsmi icazə verməmişik, heç bir sənəddə bizim imzamız və möhürümüz yoxdur. Tikintidən də xəbərimiz yoxdur. Bu ərazinin özəlləşdirilmiş sənədi var və buna əsasən də tikinti gedir”.
Elə isə, ortaya maraqlı bir sual çıxır? Bu ərazini kim satıb, torpaq hansı sənədə əsasən özəlləşdirilib? Özəlləşdirməyə verilən sərəncama kim imza atıb, möhür vurub. Belə çıxır ki, Əmlak Komitəsi bu ərazini sərəncamsız və sənədsiz olaraq özəlləşdirib? Və yaxud Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı qurumları ağacların kəsilməsinə göz yumub?
Və yaxud da ərazinin heç bir sənədi yoxdur , villa orda sənədsiz ucalır. Sabunçu icra hakimiyyəti də buna müdaxilə edə bilmir. Hər halda araşdırılmalı mövzudur.