“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” .....                     Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü .....                     Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq .....                     Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək .....                     "Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... .....                     “Zəngəzur dəhlizi açıla bilməz...” .....                     Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir .....                     “Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək .....                     Bayraq meydanında bayrağımız yenidən dalğalanır .....                     Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: .....                     Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? .....                     “Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” .....                     Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb .....                     İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? .....                     "Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim" .....                     Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı .....                     Elarizin nəvəsi ilə “dueti” .....                     Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? .....                     ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir .....                     Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib .....                     Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi .....                     Paşinyan açıqladı .....                     ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib .....                     "Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, .....                     Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər .....                     Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir .....                     Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir .....                     Bu insanlara sərhəddə güzəşt edilməlidir! .....                     Qərb Gürcüstana niyə “ögey övlad” kimi .....                     Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi .....                     İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib .....                     “AFB Bank”ın rəhbərliyinə təyinat .....                     Bərdə probasiya şöbəsində nə baş verir? .....                     Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir .....                     AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR .....                     İran İsraillə birbaşa qarşıdurmaya girir? .....                     Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu .....                     "Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi .....                     "Hizbullah" lideri Şeyx Həsən Nəsrullah öldürülüb .....                     Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: .....                 

SURƏT HÜSEYNOV BAKIDA DA FƏALLAŞIR
Tarix: 27-01-2012, 14:40 | Çap et
SURƏT HÜSEYNOV BAKIDA DA FƏALLAŞIR

KEÇMİŞ BAŞ NAZİRƏ HAKİMİYYƏT İÇİNDƏN KİM DƏSTƏK VERİR?

DİA.AZ: - Bu günlərdə məlumat verərək bildirmişdik ki, daha bir sabiq baş nazir siyasətə qayıtmaq niyyətindədir. Bu barədə redaksiyamıza çox ilginc məlumatlar ötürülüb. Belə ki, mötəbər qaynaqların bildirdiyinə görə, zamanında Azərbaycanda çox populyar isimlərdən olmuş və hətta baş nazir postuna qədər yüksəlmiş, sonradan qolları qandallanan və prezident İlham Əliyev tərəfindən əfv olunan Surət Hüseynov deyəsən, yenidən siyasətə dönmək fikrindədir.

Gəncədəki qaynaqların bildirdiklərindən belə aydın olur ki, bu günlərdə Surət Hüseynov öz tərəfdarları ilə Gəncədə böyük bir məclis təşkil edib: «Həmin məclisdə həm Gəncənin və həm də digər şəhərlərin xeyli nüfuzlu adamları iştirak edirdi. Məclisdə çox ciddi müzakirələr aparılmaqla yanaşı, Surət Hüseynov tərəfindən hamını şoka salan bir qərar da elan olunub. Surət Hüseynov məclis iştirakçılarına bildirib ki, təkrar siyasi fəaliyyətini bərpa edir və hətta prezidentliyə belə iddialıdır».

Redaksiyamıza daxil olan son məlumatlardan isə aydın olur ki, Surət Hüseynovun anoloji təşkilatı ölkə paytaxtındada yaradılır. Bu barədə məlumatı verən qaynaqlar ida edirlər ki, keçmiş baş nazir bir neçə gün əvvəl Bakıda olub və yeni təşkilatı ilə bağlı Bakıda yaşayan keçmiş tərəfdarları ilə danışıqlar aparıb.

Onu da bildirək ki, günü bu gün də Gəncədə və eləcə də Gəncəbasar bölgəsində böyük nüfuza sahib olan Surət Hüseynovun Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəsinin olduğu söylənilir. Elə 1993-cü ilin məlum olayları zamanı keçmiş korpus komandirinin o zamankı qanuni hökumətə qarşı qiyam etməsinin sifarişinin də Kremldən gəldiyi məlumdur.

Məlumatlı mənbələr bildirir ki, son zamanlar keçmiş prezident Ayaz Mütəllibovun gəlişinə şəraitin yaradıldığı bir məqamda Azərbaycanın iç siyasətində yenidən möhkəmlənmə fürsəti əldə edən Rusiya dairələri buna paralel olaraq bir sıra addımları da atmağı düşünürlər ki, burada köhnə qüvvələrin toparlanması da nəzərdə tutulur. Ona görə də Surət Hüseynovun fəallaşmasının arxasında da Rusiyanın xüsusi xidmət orqanlarının dayanma ehtimalları yüksəkdir.

Məlumatlı mənbələrin «Dünya» İnformasiya Agentliyinə (dia.az) ötürdüyü xəbərə görə, Surət Hüseynov Rusiyada olarkən dəfələrlə Ayaz Mütəllibovla görüşüb və onunla çox səmimi münasibətləri mövcuddur. Hətta keçmiş prezidentin övladının dəfninə Surət Hüseynovun adından qara əklilin göndərildiyi və çox ciddi məbləğdə yardımın ayrıldığı da bildirilir.

Gəncədəki qaynaqlar isə iddia edirlər ki, Surət Hüseynov keçən ilin sonlarına yaxın baş tutan məclisdə (Surət Hüseynovun şəxsən bu məclisi Böyük Dönüş Toplantısı adlandırdığı bildirilir -red.) siyasətə qayıtması xəbəri ilə yanaşı, toplantı iştirakçılarına yeni partiyanın yaradılmasının vacibliyindən də danışıb: «Surət Hüseynov bildirib ki, hzırki müxalifət Amerikaya nökərçilik edir. Hakimiyyət isə xalqa qənim kəsilib. Bu qüvvələrin hər ikisi Azərbaycana, Azərbaycan xalqına düşmənçilik etdiyindən onlardan can qurtarmaq lazımdır. Daha sonra Surət Hüseynov bəyan edib ki, o, bir dəfə Azərbaycanın şəklini dəyişib və nəticədə bugünkü hakimiyyət qüvvələri peyda olublar».

Mənbə bildirir ki, YAP-ın iqtidara gəlməsində böyük rol oynadığını iddia edən Surət Hüseynov YAP-ı ancaq özünün iqtidardan sala biləcəyini də məclisdə söyləyib: «İsa Qəmbərin, Əli Kərimlinin bu hakimiyyəti yıxa bilməyəcəyini bildirən keçmiş baş nazir deyib ki, YAP-ın dilini ancaq o bilir».

Bu məqsədlə yeni siyasi partiyaya htiyac olduğunu söyləyən Surə Hüseynova məclis iştirakçılarının da dəstək verdiyini bildirən mənbəmiz yaxın günlərdə həm yeni partiyanın elan olunacağını və həm də quruculuq işlərinə start veriləcəyini gözləməyinə dəydiyini də qeyd etdi.

Onu da qeyd edək ki, gələn məlumatlarda Surət Hüseynovun Ayaz Mütəllibovun gəlişinə tədarük gördüyü də bildirilir və vurğulanır ki, keçmiş baş nazirlə keçmiş prezidentin eyni siyasi təşkilatda birləşməsi də mümkündür. Bu barədə Surət Hüseynovun işarə və yhamlarla danışdığını bildirən mənbəmiz onu da bildirdi ki, keçmiş baş nazir Ayaz Mütəllibova böyük ehtiramının olduğunu gizlətməyib və bildirib ki, o, əslində ilk əvvəl Ayaz Mütəllibovu gətirmək istəyirmiş: «Surət Hüseynov deyib ki, o, Əbülfəz Elçibəydən və onun hakimiyyətindən Mütəllibovun qisasını alıb».

Redaksiyamızın əldə etdiyi son bilgilərdə isə qeyd olunur ki, Surət Hüseynova hətta hakimiyyət içində də dəstək verən qüvvələr var: «Həmin qüvvələr gedişatın indiki axarından narazı olanlar, həmçinin Rusiya ilə əlaqələri olan məmurlardır. Hətta Surət Hüseynov bu günlərdə Bakıda olarkən həmin şəxslərlə də görüşüb. Məmurlardan biri keçmiş baş nazirə nəğd formada 100 min manat da verib».

Təbii ki, belə bir münasibət və görüşmələr çox ciddi hadisələrin tədarükü kimi də qəbul edilməlidir. Bu arada Gəncədəki qaynaqlarımızdan aldığımız məlumatlarda isə deyilir ki, ölkənin ikinci ən böyük şəhərində yeni inqilabla bağlı şaiyələr yayılmaqdadır. Mənbəmiz bildirir ki, şaiyələrdə «Surət Hüseynov yenə də 4 iyun tarixində qiyam edib, hakimiyyəti ələ keçirəcək» fikirləri ifadə olunur.

Mövzu diqqətimizdədir…









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
Bu gün, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
Bu gün, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
Bu gün, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
Bu gün, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
Bu gün, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
Bu gün, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
Bu gün, 16:02
“Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Bu gün, 16:00
Bayraq meydanında bayrağımız yenidən dalğalanır
Bu gün, 15:56
Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Bu gün, 15:51
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
Bu gün, 15:41
“Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” - Abramyan
Bu gün, 15:30
Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb
Bu gün, 15:27
İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? - AKTUAL
Bu gün, 15:23
"Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim"
Bu gün, 15:21
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT
Bu gün, 15:14
Elarizin nəvəsi ilə “dueti” - VİDEO
Bu gün, 15:10
Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? - NƏ BAŞ VERİR?
Bu gün, 15:07
ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir - FAKT BUDUR!
Bu gün, 15:00
Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib - ISNA
Bu gün, 14:45
Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi - "Spiegel"
Bu gün, 14:10
Paşinyan açıqladı – Əliyevin tələbi yerinə yetiriləcək
Bu gün, 14:07
ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO
Bu gün, 14:01
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
Bu gün, 14:00
Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər - GƏLİŞMƏ
Bu gün, 13:59
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir - MƏQALƏ
Bu gün, 13:54
Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir - FAKT BUDUR!
Bu gün, 13:29
Bu insanlara sərhəddə güzəşt edilməlidir! - Deputatın təklifi reallaşa bilərmi?
Bu gün, 13:27
Qərb Gürcüstana niyə “ögey övlad” kimi DAVRANIR?
Bu gün, 13:23
Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi - "Heç kim heç nədən sığortalanmayıb"
Bu gün, 13:14
İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib
Bu gün, 13:09
“AFB Bank”ın rəhbərliyinə təyinat - FOTO
Bu gün, 12:48
Bərdə probasiya şöbəsində nə baş verir? - TƏFƏRRÜAT
Bu gün, 12:44
Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir - TENDER NƏTİCƏSİ
Bu gün, 12:40
AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR - Biz arxasızıq deyə bunu edirlər
Bu gün, 12:28
İran İsraillə birbaşa qarşıdurmaya girir? - AÇIQLAMA
Bu gün, 12:26
Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu - FOTO
Bu gün, 12:24
"Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi 1000 il bundan əvvəlki selləmə suvarma sistemidir"
Bu gün, 12:21
"Hizbullah" lideri Şeyx Həsən Nəsrullah öldürülüb - İsrail mediası
Bu gün, 12:16
Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: - "Uşağımı xəstəxanaya aşpaz çatdırıb"
Bu gün, 12:14
Nikolun “milliləşdirmə” oyunu NƏYƏ HESABLANIB?
Bu gün, 12:10
Ermənistan və Fələstin diplomatik əlaqələr qurur - Ermənistan KİV
Bu gün, 12:08
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 11:59
Ermənilərin çirkləndirdiyi Oxçuçayda vəziyyət necədir? - AÇIQLAMA
Bu gün, 11:55
Qovrulmuş yerfındığı əvəzinə KƏRPİC PARÇASI... - AQTA bir göz atsın oralara...
Bu gün, 11:53
“55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm” - Əməkdar artist
Bu gün, 11:30
Məşhur iş adamı Bakının bu yerində hektarlara ərazini ALDI – Görün nə tikdirir…
Bu gün, 11:23
Tural Məmmədova vəzifə verildi - ÖZÜ AÇIQLADI
Bu gün, 11:21
Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu - TASS
Bu gün, 11:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb - “Ölü kimi” qeyda alınan şəxs isə...
Bu gün, 11:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru