TÜRKİYƏNİN MƏŞHUR SAYTINDA BİZİMLƏ BAĞLI SAVADSIZLIQ
Tarix: 7-11-2013, 12:15 |
Çap et
QARDAŞ ÖLKƏNİN «VİKİPEDİYA»SINA CƏMİ 5 İŞ ADAMIMIZ MƏLUM İMİŞ
DİA.AZ: - Məşhur «vikipediya» portalı bu gün müxtəlif dillərdə fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, bu portalın başlıca qayəsi ensiklopediya xarakterli bilgilərin virtual aləm istifadəçilərinin diqqətinə çatdırılmasıdır. Bu baxımdan kifayət qədər populyar olan portalın müxtəlif ölkələrdə milli büroları fəaliyyət göstərir.
DİA.AZ olaraq nəzrimizi cəlb edən isə qardaş Türkiyənin «http://tr.wikipedia.org» ünvanındakı Azərbaycanla bağlı bilgilərin yetərsizliyi və savadsızlığıdır. Əslində biz Türkiyə haqqında nə qədər çox bilsək də, hər dəfəsində Türkiyə insanlarında eyni səviyyədə məlumatlılığa rast gəlməmişik. Hətta elə olub ki, qardaş ölkənnin ayrı-ayrı tanınmış simaları belə Azərbaycanla bağlı olduqca az bilgili olduqlarını nümayiş etdiriblər.
Məsələn, bu günlərdə Türkiyənin tanınmış şoumenlərindən biri azərbaycanlı yarışma iştirakçısına «sizin diliniz bizim dilə yaxındırmı» sualını verməsilə hər kəs çaşdırdı. Ən azından Azərbaycanda. Çünki həmin iştirakçı elə öz dilində - Azərbaycan türkcəsində danışırdı.
Yəni artıq vərdiş etmişik. İndi isə anlaşılanı odur ki, bunlar əslində Türkiyənin elə virtual məkanından da qaynaqlanan bir haldır. Əgər bu gün qardaş ölkənin «http://tr.wikipedia.org» ensiklopedik bilgi portalında Azərbaycanın tanınmış iş adamlarının siyahısı cəmi beş nəfərlə və aşağıdakı heyətlə məhdudlaşırsa, daha əlavə şərhə ehtiyac yoxdur:
A
Aras Agalarov
E
Emin Agalarov
I
Telman Ismailov
M
Mubariz Mansimov
Z
Zeynelabidin Tagiyev
Yəqin ki, bu informasiya ilə qane olmaq zorunda qalan bir türkiyəlidən Azərbaycanı tanıya bilməsi üçün əlavə nələrisə tələb etmək yersizdir…