«AMNESTY INTERNATIONAL» DA FRANSANI QINADI
Tarix: 25-01-2012, 15:46 |
Çap et
“BU, SÖZ AZADLIĞINA TƏHLÜKƏDİR”
«Fransa Senatının erməni soyqırımı iddialarını inkar etməyə görə cəzalar nəzərdə tutan qanunu söz azadlığını pozur». Bunu «Amnesty International» hüquq-müdafiə təşkilatı deyir.
«Fransada 2001-ci ildə qəbul olunmuş qanuna görə, ermənilərin 1915-ci ildə Osmanlı İmperiyasından qovulması və kütləvi qətli soyqırımıdır. Yeni qanun ictimai müzakirələrə ağır zərbədir və Fransanın söz azadlığına dair beynəlxalq öhdəliklərinə ziddir», - deyə «Amnesty International»ın Avropa və Orta Asiya üzrə direktoru Nicola Duckworth bildirib.
O qeyd edib ki, insanlar Fransada, Türkiyədə və hər yerdə bu məsələ ilə bağlı fikirlərini azad ifadə etməlidirlər:
«Avropa İnsan Haqları Məhkəməsi dönə-dönə bildirib ki, söz azadlığı təkcə təhqirdən kənar ideyalara aid deyil. O, dövləti yaxud əhalinin istənilən təbəqəsini incidən, təhqir və narahat edən məsələlərə də aiddir».