ANDREAS HERKELƏ VƏZİFƏ VERİLDİ
Tarix: 25-01-2012, 15:43 |
Çap et
O, AŞPA MONİTORİNQ KOMİTƏSİNİN SƏDRİ SEÇİLİB
Yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasının üzv dövlətlərin öhdəliklərinin yerinə yetirilməsinə dair komitəsinin (Monitorinq Komitəsi) iclasında qurumun sədri postuna seçki keçirilib.
APA-nın Avropa bürosunun xəbərinə görə, estoniyalı Andres Herkel səs çoxluğu ilə AŞPA Monitorinq Komitəsinin sədri seçilib.
Xatırladaq ki, A. Herkel AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi olub. Monitorinq Komitəsinin bundan əvvəlki sədri isveçrəli deputat Dik Marti idi.