İCRA HAKİMİYYƏTİNİN BİNASI YANDI
Tarix: 24-01-2012, 12:43 |
Çap et
MƏMURLARDAN XƏSARƏT ALAN OLMAYIB
Göyçay şəhərində yanğın baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dünən ümumi sahəsi 2400 kv.m olan üçmərtəbəli inzibati binanın 2-ci mərtəbəsindəki ümumi sahəsi 84 kv.m olan otaqda 1 ədəd rəf, telefon aparatları və tavan 20 kv.m sahədə yanıb. Yanğın saat 18.23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Göyçay Rayon Polis Şöbəsindən isə APA-ya bildirilib ki, yanğın baş verən bina rayon İcra Hakimiyyətinin inzibati binası olub.