"Aysberq" pivə zavodunda maaş böhranı - Qasım Muradov işçilərin əməkhaqlarını niyə vaxtında vermir?
Tarix: 16-12-2014, 12:05 | Çap et
Xaçmaz şəhərində fəaliyyət göstərən "Aysberq" Pivə İstehsalat Müəssisəsinin təsisçisi Qasım Muradovla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Bu barədə bir qədər sonra. Xatırlatma üçün bildirək ki, bir müddət əvvəl Paşa Əliyev aidiyyəti dövlət orqanlarına müraciət edərək "Aysberq" Pivə İstehsalat Müəssisəsinin təsisçisi Qasım Muradovun iş müqabilində ona çatacaq pulu mənimsəyərək bu günə qədər vermədiyini demişdi.
Onun sözlərinə görə, Qasım Muradov Xaçmaz şəhərində şəxsi evinin tikintisini ona həvalə edib. Evin inşasının smetası isə 98 min manat məbləğində dəyərləndirilib və razılaşma da bu şəkildə olub: "Mən 6 işçi ilə Xaçmazda Qasım Muradovun evini inşa etdim. Dediyim məbləğə uyğun da tikinti materialları, usta və fəhlə xərci ödənildi. Qasım Muradov isə həmin 98 min manatı mənə hissə-hissə verdi. Ötən ilin noyabrınadək bu məbləğin 90 min manatı ödənilsə də, qalan 8 min manatı ödəməkdən imtina edir. Bunun üçün Xaçmaza dəfələrlə getsəm də, bizə çatacaq 8 min manatı ala bilmirik. Məsələyə Nərimanov rayon Polis İdarəsi baxmadı. Onlar dedilər ki, hadisə ilə əlaqədar Xaçmaz rayonu Polis Şöbəsinə müraciət edilə bilər. Çünki hadisə həmin rayonda baş verib. Bundan başqa Qasım Muradov polisə getməkdən boyun da qaçırıb. Pulumuz verilməsə yaxın günlərdə Xaçmaz rayon Polis Şöbəsinə şikayət etmək fikrindəyik". Qeyd edək ki, məsələ böyüyəndən sonra Paşa Əliyev mətbuata şikayətin həllini tapması barədə açıqlama verdi. O bildirdi ki, arada olan borc qalmaqalı təkrarən araşdırılıb və məsələ həllini tapıb. Deyilənə görə isə Qasım Muradov ondan şikayət edən Paşa Əliyevə təzyiq göstərək şikayətini geri götürtdürüb. Etibarlı mənbələrdən əldə etdiyimiz son məlumatlara görə, bu kimi xoşagəlməz işlərlə mətbuatın gündəminə gələn Qasım Muradovun rəhbəri olduğu "Aysberq" Pivə İstehsalat Müəssisəsində qanunsuzluq baş alıb gedir. İşçilərin iki aya yaxındır maaşlarını ala bilmədiyini deyən mənbənin sözlərinə görə, pivə zavodunun rəhbəri satışın aşağı olduğunu bəhanə gətirərək işçilərin hüquqlarını pozur: "Aysberq"də çalışan insanların başqa dolanışıq yeri yoxdur. Onlar burdan aldıqları maaşla ailələrini saxlayır. Son iki aydır ki, zavodun işçiləri maaş üzünə həsrət qalıb. Zavod rəhbərliyi maaşların gecikməsini satışın aşağı olması ilə əlaqələndirir. Halbuki, zavodun istehsal gücü aşağı salınmayıb. Məntiqlə fikirləşsək, əgər satış aşağıdırsa, istehsal dərhal azaldılmalıdır. Bir halda ki, zavodun istehsal gücü əvvəlki qaydadır, hansı problemdən danışmaq olar. Deməli, müəssisə rəhbərliyi satışın aşağı olması bahanəsi ilə işçilərin haqqını tapdalayır. Qasım Muradov və onun tapşırıqlarını yerinə yetirən şəxslər qəsdən əməkhaqlarını gecikdirirlər. Hələ bu azmış kimi, müəssisə rəhbəri işçiləri gündəlik iş saatından artıq işlədir. Bu isə həmin insanların əmək hüquqlarının pozulmasına gətirib çıxarır. "Aysberq" özəl müəssisə olsa da, əmək qanunvericiliyinin tələblərinə mütləq riayət etməlidir. İnsanların səhər saat 9-dan gecə saatlarına kimi işlədilməsi onların əməyinin istismar olunması deməkdir. Müəssisənin rəhbərliyində yer alan şəxslər işçilərə ayda bir dəfə istirahət verirlər. Zavodun rəhbəri maaşların bu gün, sabah veriləcəyini deyə-deyə günü günə satır. Qasım müəllim ayın bir neçə gününü xarici ölkələrdə olur, istirahət edir. Zavodda narazılıq baş qaldıran kimi isə Qasım müəllim rayonun icra başçısı Şəmsəddin Xanbabayevin adından istifadə etməyə başlayır. Əgər zavodun maliyyə məsələləri ilə bağlı problemləri varsa, bəs Qasım Muradov xaricə hansı pullarla gedib-gəlir? O və yaxın qohumları bahalı maşınlarda gəzir. Zavodun işçiləri isə maddi sıxıntı içərisində yaşayır". Məsələ ilə bağlı Qasım Muradovun mövqeyini öyrənmək üçün cəhd göstərsək də, bir nəticə vermədi. Buna baxmayaraq, zavod rəhbərinin də münasibərini öyrənməyə hazırıq. Ümidvarıq ki, bu yazıdan sonra müəssisə rəhbərliyi işçilərin maaş problemini yoluna qoyacaq. \\ gundelik-baku.com \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
|