"Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyəti necə narazılığa səbəb oldu... - Qatarlara bilet tapmaq üçün günorta vaxtı "əldə çıraq gəzmək" lazımdır
Tarix: 14-11-2014, 12:39 | Çap et
Artıq neçə illərdir özünün dinamik inkişafına görə, regionun lider ölkəsinə çevrilmiş, dünyanın ən sürətli tərəqqili dövləti statusunu alan Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ölkəmizin müasir inkişafının ən bariz nümunələridir. Azərbaycanda həyata keçirilən tikinti-quruculuq, abadlıq və yenidənqurma işləri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və uzaq hədəflərə hesablanan fundamental sosial-iqtisadi inkişaf strategiyasının bəhrələridir.
Ölkəmizin iqtisadi uğurları, büdcə gəlirlərinin ildən-ilə artması respublikamızda sosial, iqtisadi, humanitar, elmi, texniki sahələr üzrə nailiyyətlərin miqyasını çoxaldır, bütün sektorlar üzrə yeni-yeni uğurlar əldə edilir. Ölkəmizin yeniləşən, müasirləşən dəmiryol infrastrukturu da bu qəbildəndir. Dəmiryol infrastrukturunun tərəqqisi sürətlənir. Müxtəlif nəqliyyat vasitələrinin inşası nəqliyyat sisteminin keyfiyyətli fəaliyyətinə xidmət edir.
Dəmir yol infrastrukturunun yeniləşməsi də dövrün tələbidir
Ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi islahatlar, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş tərəqqi strategiyası Azərbaycanın dəmir yolu sisteminin müasir tələblərə uyğunlaşdırılmasını reallaşdırdı. Hazırda paytaxt Bakı, habelə respublikamızın digər şəhər və rayonları böyük tikinti meydanını, abadlıq-quruculuq məkanını xatırladır. Bəzi yerlərdə dəmir yollarının inşası, nəqliyyat infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, vətəndaşların rahatlığı, qatarların təhlükəsiz hərəkəti üçün yeraltı və yerüstü körpülərin, keçidlərin istifadəyə verilməsi respublikamızda geniş miqyasda həyata keçirilən abadlıq-quruculuq işlərinin tərkib hissəsidir. Dəmir yolu infrastrukturunun yenilənməsi, həmin sahədə həyata keçirilən işlərin müasir tələblərə, beynəlxalq standartlara uyğun şəkildə, olduqca yüksək keyfiyyətlə icra olunmasından danışarkən ilk öncə onu nəzərinizə çatdıraq ki, hələ 11-12 və 10 il bundan əvvəl Azərbaycanın bu sahəsində böyük miqyaslı dəmir yolu çəkilişlərini yalnız ayrı-ayrı ölkələrin şirkətləri yerinə yetirirdi. Yaxın keçmişdə - bir neçə il bundan əvvəl bu sahədə qazanılan nailiyyətlərə diqqət yetirsək, bir daha dəmir yolu sahəsində əldə olunan müvəffəqiyyətlərin miqyasını aydın görmək olar. Lakin təəssüf ki, bu tərəqqini aidiyyəti qurumun uğurları ilə yox, dövlətimizin dəmir yol nəqliyyatına qayğısı ilə əlaqələndirmək lazımdır. Son zamanlar bu sahədə problemlər də var. Qeyd edək ki, paytaxt sakinləri xüsusilə də bölgələrdən gələnlər ən çox Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətindən narazıdırlar. Xüsusilə bayram günlərində sərnişinlər dəmiryol vağzalının yaxşı xidmət etməməsindən gileylənirdilər. Bildirirdilər ki, vaqonlar çatışmır. Biz də bu söylənilənlərin həqiqətə nə dərəcədə uyğun olub-olmamasını araşdırmaq üçün "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinə baş çəkdik. Doğrudan da, burada olarkən vətəndaşların bir sıra narazılıqları ilə rastlaşdıq. Sakinlərdən biri Əliyev Kamil bildirdi ki, vaxtlı-vaxtında bilet tapmaq olmur: "Xüsusilə də bayram günlərində. O bir neçə gün bundan öncə qatarla Balakən rayonuna getmək istəyib. Lakin ona deyiblər ki, biletlər satılıb. Növbəti dəfə o yenə Balakənə üz tutmaq istəyir".
Qatarlara bilet tapmaq üçün günorta vaxtı "əldə çıraq gəzmək" lazımdır
Ümumiyyətlə, bayramdan sonra bölgələrdən Bakıya qayıtmaq da çətinləşir. Sərnişin intensivliyi artır. Dərslər başlayır deyə tələbələr Bakıya gəlməyə tələsir, işə qayıtmaq istəyənlər isə avtovağzallarda qalır. Taksilərin qiyməti birə beş artır, qatarlara bilet tapmaq üçün günorta vaxtı "əldə çıraq gəzmək" lazımdır.
Rayonlardan paytaxta qayıtmaq əzabı ilə üzləşən vətəndaşlar Dəmir Yolu Vağzalı İdarəsindən şikayətlənirlər. Sərnişinlər gileylənirlər ki, hər il bayramqabağı və sonrası eyni problem yaşanır. Biletlər qəhətə çıxır, sərnişinlərin gediş-gəliş problemi həllini tapmır.
Dəmir yolu Vağzalından isə həmişə bayramqabağı bildirirlər ki, nəqliyyatda sıxlıq olmaması üçün əlavə vaqonlar qoşulacaq. Lakin deyilənlər vəd olaraq qalır.
Sərnişinlər isə deyirlər ki, bayram günləri Bakı avtovağzalında şəhərlərarası sərnişin daşımalarının qiyməti də kəskin şəkildə bahalaşıb. Ekspertlər isə hesab edirlər ki, nəqliyyat sektorunun sərnişin daşınma seqmenti tam şəkildə monopolistlərin əlindədir. Ekspert bildirir ki, bütün dünyada bayram günlərində əhalinin izafi xərclərlə yüklənməməsi üçün dövlət qurumları, antinhisar siyasəti ilə məşğul olan təsisatlar xüsusi iş rejiminə keçirlər. Ancaq Azərbaycan bu baxımdan istisnadır. Bayrama 10-15 gün qalmış istehlak bazarında qiymətlər qalxır, yalnız bayram bitəndən sonra əvvəlki qiymətlər bərpa edilir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti isə bu qiymət oynamalarına göz yumur.
Başqa kassir yoxdur ki, məndən soruşursunuz
Qeyd edək ki, burada kassirlərin də sərnişinlərə xidmət göstərmələrində problemlər var. Orada olarkən öyrəndik ki, onlar vətəndaşlarla yaxşı rəftar etmir. Bəzi kassirlər sərnişinlərlə soyuq davranırlar. Vətəndaşlara geniş məlumat verilmir. Sərnişinlər gəlib soruşurlar ki, filan qatar nə vaxt gedəcək, onlar isə soyuq cavab verirlər. Biz də bunu yoxlamaq üçün Gəncə istiqamətinə gedən qatara yaxınlaşıb soruşduq ki, qatar neçədə gedəcək. Bizə konkret vaxt demədilər. Ümumiyyətlə, sərnişinlərə ətraflı məlumat vermirlər. Hətta kassirlərin birinə yaxınlaşdıq. Bizə kobud şəkildə bildirdi ki, başqa kassir yoxdur ki, məndən soruşursunuz. Biz isə cavabında bildirdik ki, başa düşmədik bəs sizin işiniz nədən ibarətdir. Kassir isə heç bir cavab verə bilmədi. Görünür, axırıncı dəfə ötən əsrin 80-cı illərində təmir olunub
Avtovağzalada olarkən özümüzü ötən əsrin 80-ci illərində hiss etdik. Bəlkə də elə axırıncı dəfə ötən əsrin 80-cı illərində təmir olunub. İçəri çox qaranlıqdır. Bilet kassalarının satıldığı ərazilər qaranlıqdır. Yer rütubətdir. Qəribə qoxu var. Dəmiryol vağzalının yuxarı hissəsi uzun müddətdir təmirə dayandırılıb. Bildirilir ki, bura köçürüləcək. Amma nə köçürülmür, nə də ki, abadlaşdırılmır. Bilet üçün növbəyə duran sərnişinlər daha çox şəraitdən narazılıq edirdilər. Bildirirlər ki, Rusiyanın ayrı-ayrı şəhərlərindən, Gürcüstandan ölkəmizə qonaqlar gəlir. Bakıya gəzməyə gələnlər də vağzalın görünüşü ilə maraqlanmaq üçün bura baş çəkirlər. Burada şəraitdən çox narazılıq edirlər. İşıqlandırma sistemi sıfıra bərabərdir. Ayaqyolu kassaların yanındadır. Antisanitar vəziyyət baş alıb gedir. Gəlirsən bilet almağa üfunət iyi vurur. Təhlükəsizlik sistemi etiraf edək ki, normaldır. Polislər gəlib gedənlərə nəzarət edirlər. Ərazidə yer rütubətli olması səbəbindən biletlərin satıldığı kassaların qarşısındakı səs-küy, qaranlıq olması, ayaq yolundan gələn üfunət iyi buranın baxımsız vəziyyətdə olmasını göstərir. Orada qanunsuz şəkildə köşklər fəaliyyət göstərir. Qatarların dayandığı yerin qarşısında iki-üç dənə kafe fəaliyyət göstərir. Orada tort, cürbəcür şirniyyatlar satılır. Şirniyyatın üzərində milçəklər var idi. İçəriyə iydən girmək olmur. Mənbəyi bəlli olmayan tortlar satılır. Gürcüstandan gələn vətəndaşların dincəlməsi üçün, qatar gözləməsi üçün yerdir. Lakin burada natəmizlik hökm sürür. Məgər avtovağzal rəhbərliyi bunu görmürmü?
Bilet satılan yerdən qatarların dayandığı yerə gedən yeraltı keçidin tavanı yaman gündədir. Az qala sərnişnilərin başına uçsun. Köçürülənə qədər əlbəttə ki, kosmetik işlər görülə bilər. Bundan başqa orada küçə ticarəti tüğyan edir. Avtovağzalda mağazalar var. Pal-paltar, şirniyyatlar satılır. Amma üstündə saxlama müddəti yazılmayıb.
Bakı Dəmiryol vağzalı Biləcəri-Ələt ərazisinə köçürülə bilər
Qeyd edək ki,Bakı Dəmiryol vağzalı Biləcəri-Ələt ərazisinə köçürülə bilər. Bunu Dövlət Şəhərsalma və Arxitektura komitəsinin mətbuat xidmətinin rəhbəri Cahangir Qocayev bildirib. Onun sözlərinə görə, əgər vağzal köçürülərsə ərazidə yaşıllıq artırılacaq və yeni avtomobil yolları salınacaq. Hazırki vağzal ərazisində isə iki dəmir yolu xətti saxlanılacaq ki, həmin xəttlərdə sürətli elektrik qatarları hərəkət edəcək. Bütün bunlar Bakının Regional İnkişaf Planında 2030-cu ilə qədər nəzərdə tutulub.
Bütün bu işlərin hazırkı vəziyyət ilə real olmadığını deyən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəsmisi Nadir Əzməmmədov bildirdi ki, əgər layihə təsdiq olunarsa vağzal ərazisinin Ələt və ya Biləcəri qəsəbəsinin ərazisinə köçülüməsini məqsədə uyğundur. Ancaq bu layihəni Nəqliyyat Nazirliyi təsdiq etdiyi təqdirdə mümkün ola biləcək.
Bundan başqa qurum rəsmisi onu da dedi ki, artıq dəmir yol xətləri 2016-ci ilə kimi yenilənəcək və qatarların sürəti artırılacaq. Onun sözlərinə görə, yeni 30 vaqon gətiriləcək ki, həmin vaqonlar Avropa ölkərlərinə hərəkət edən zaman onların təkərləri dəyişilməyəcək. Təkərlər özü-özünü idarə edə biləcək. Bununla da ölkə ərazisində dəmir yollarının idarə olunması bir mərkəzədən həyata keçiriləcək. \\ gundelik-baku.com \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Dünən, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Dünən, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Dünən, 13:10 |
|
|
|
|