Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb .....                     Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib .....                     "Paşinyan ölkənin ləyaqətini alçaldır" .....                     Aslan Xasıyev “Rabitəbank”dan .....                     Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat .....                     “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                     Bakıdakı dəhşətli cinayətin DETALLARI .....                     “Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? .....                     Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." .....                     Nizaməddin Babanlı vəzifəsindən azad olundu .....                     “AcccesBank” 8 nəfəri evdən küçəyə atır .....                     Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır .....                     Afətdən ONU QINAYANLARA: .....                     Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını .....                     İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? .....                     Beynəlxalq güclərin savaş meydanı: .....                     Hədəfdəki İran və iki plan: .....                     Rusiyada qarğıdalı qıtlığı yaranıb .....                     ABŞ Ermənistandan niyə imtina etdi? .....                     Leytenantın bəraəti ləğv olundu .....                     İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI .....                     Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb .....                     Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi .....                     Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı .....                     Ermənistanın ədliyyə naziri niyə istefa verib? .....                     BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər .....                     "Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" .....                     İrəvandan sülh açıqlaması: .....                     Milli Məclis komitələrinin tərkibi bəlli olub .....                     Sulduzda türkcə kitablar paylandı .....                     “Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib .....                     Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? .....                     NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR .....                     Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib .....                     Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib .....                     Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm... .....                 

"Bakıelektrikşəbəkə"nin işçiləri Hüseyn Arabul dövrünə nostalji yaradır - Prezidentə şikayət olundu
Tarix: 17-09-2014, 11:51 | Çap et
"Bakıelektrikşəbəkə"nin işçiləri Hüseyn Arabul dövrünə nostalji yaradır
Məcburi köçkünlərə dövlət tərəfindən müəyyən imtiyazlar verilib, onların kommunal xidmətlərdən azad olunması istiqamətində addımlar atılıb. Öz yurd-yuvalarından məcburi şəkildə çıxarılan insanlar da bunu hər zaman görür və qiymətləndirirlər. Amma bəzən olur ki, yerlərdə məmurların günahına görə, vətəndaşlar ölkə başçısına, baş nazirə və digər yüksək çinli məmurlara müraciət etmək məcburiyyətində qalırlar.

Belə müraciətlərdən biri də bu günlərdə ölkə başçısına və "Bakıelektrikşəbəkə" ASC-nin sədrinə edilib. Cəbrayıl rayon sakini, hazırda Sabunçu rayonu, Sabunçu qəsəbəsi Anaşkin küçəsi 4 ünvanında yerləşən "Xətai Tikinti Mexanizasiya" ASC-nin Tikinti Mexanikləşdirmə İdarəsində məskunlaşmış Həsənova Adilə Bilal qızı tərəfindən göndərilən müraciətdə vətəndaş qeyd edir: "Hörmətli prezident, bildirmək istəyirəm ki, erməni qəsbkarlarının torpaqlarımızın işğalı nəticəsində 1993-cü ildən Cəbrayıl rayonundan məcburi köçkün düşmüşəm. Və uzun illərdir ki, vaxtilə Dövlət Neft Şirkətinin balansında olan, hazırda isə özəlləşdirilərək ASC kimi fəaliyyəti davam etdirilən Tikinti Mexanikləşdirmə İdarəsində yaşayıram. Bir məcburi köçkün ailəsi olaraq dövlətin qayğı və diqqətini hər zaman görmüşəm. Həyat yoldaşımdan boşanmağıma baxmayaraq, 2 azyaşlı qız övladını ünvanlı sosial yardım və məcburi köçkünlərə verilən çörək pulu ilə dolandırıram.

Möhtərəm, prezident, sizə müraciət etməyim üzləşdiyim problemlə bağlıdır. Yuxarıda qeyd etdiyim kimi, adıçəkilən ASC-nin idarəsində məskunlaşmışam. Dövlət tərəfindən məcburi köçkünlərə verilən imtiyazlardan yararlanaraq kommunal xidmətlərdən istifadə edirik. Bu günə kimi hansısa xoşagəlməz mənzərə ilə rastlaşmamışıq. Amma bu yaxınlarda Sabunçu rayonu Enerji Satışı və Təchizatı İdarəsi tərəfindən bizim yaşadığımız ünvana qəbz gələrək 370 manat borcumuzun olduğunu bildirdilər. Düzü, bu rəqəmi görəndə bir qədər təəccübləndim. Çünki 3 nəfərlik ailənin bu qədər borca sahib olması mümkün deyil. Belə ki, dövlət tərəfindən hər bir məcburi köçkün ailəsi kimi bizə də imtiyazlar şamil edilir. Digər tərəfdən isə, daim enerjiyə qənaət etdiyimə görə, bu rəqəm məni narahat etməyə başladı. Onu da qeyd edim ki, 370 manat borcun qəbzini bizə verilənə kimi, bu yaxınlarda rayon işıq idarəsinin əməkdaşları yaşadığımız ünvana gələrək 1700 manat borcumuzun olduğunu bildirdilər. Haqsızlıqla üzləşdiyimi gördüyümdən, rayon işıq idarəsinə müraciət etdim və məsələnin yerində aydınlaşdırılmasını tələb etdim. Uzun narazılıqdan sonra müraciətim nəzərə alınaraq yaşadığım ünvana mütəxəssislər göndərildi və məlum oldu ki, Sabunçu rayon Enerji Satışı və Təchizatı İdarəsinin əməkdaşlarının günahı və səhlənkarlığı səbəbindən sayğac quraşdırılarkən böyük səhvə yol verilib və qonşunun işlətdiyi enerji bizim adımıza, bizim işlətdiyimiz enerji sərfiyyatı isə qonşunun adına olan sayğacda qeyd olunur. Əlbəttə ki, bu, Sabunçu rayon Enerji Satışı və Təchizatı İdarəsinin əməkdaşlarının tərəfindən işlərində yol verdikləri səhlənkarlıq və biabırçılıq idi. Qeyd edim ki, bu məsələnin üstü açılan zaman böyük narazılıq yarandı və işıq idarəsi əməkdaşlarının günahına görə, qonşularla üz-üzə gəlməli olduq. Bu böyük səhvlə bağlı heç bir AKT tərtib olunmadan sayğac kodları dəyişdirildi. Onu da qeyd edim ki, sayğaclar quraşdırılarkən və yaxud da, kodlarla bağlı problem həll olunarkən sayğacın quraşdırılması ilə bağlı bizimlə müvafiq AKT bağlanmadı. Əslində isə, vətəndaşın yaşadığı ünvana sayğac quraşdırılarkən, abonentlə AKT, yaxud müqavilə bağlanması mütləqdir. Bu zaman isə, vətəndaş üzərinə düşən dövlət rüsumunu ödəməlidir. Amma qeyd etdiyim kimi xəbərimiz olmadan yaşadığımız mənzilə sayğac quraşdırılarkən bizimlə nə müqavilə bağlandı, nə də tələb edildi ki, abunə kodunun açılması, sayğacın quraşdırılması üçün tələb olunan rüsumu dövlət büdcəsinə ödəyək. İndi məlum olur ki, Sabunçu rayon Enerji Satışı və Təchizatı İdarəsinin əməkdaşlarının bizimlə AKT (müqavilə) bağlamamasının səbəbi bizə süni borcun yazılması imiş.

Cənab prezident, sizə müraciət etməyim onunla bağlıdır ki, bizə əsassız olaraq yazılan borcun araşdırılmasına müvafiq göstəriş verəsiniz. Xahiş edirəm, komissiya təşkil olunsun və araşdırılsın görək, 3 nəfər ailə üzvünə görə bu qədər borcun yazılması doğrudurmu? Qeyd edim ki, 3 nəfər ailə üzvünə görə aldığım çörək pulu və ünvanlı sosial yardımla birtəhər dolandığım bir vaxtda, əlavə maddi imkanın yoxdur ki, 370 manat işıq pulu borcunu ödəyim. Çünki əks halda elektrik enerjisinin verilişinə məhdudiyyət qoyulacağı bildirilir".

Vətəndaşın müraciətində böyük həqiqət var. Çünki Sabunçu rayon Enerji Satışı və Təchizatı İdarəsinin əməkdaşları böyük qanunsuzluğa yol veriblər. Elə bunun özü adıçəkilən idarənin əməkdaşlarının işlərinə nə dərəcədə məsuliyyətli yanaşmalarını göstərir. Məlumdur ki, vətəndaş əgər bir ünvanda yaşayırsa, həmin rayonun müvafiq qurumları bundan xəbərdar olur. Digər tərəfdən də, vətəndaş kommunal xidmətlədən istifadəyə görə, rayonun müvafiq qurumlarına müraciət edir və sayğac quraşdırmasını tələb edir. Əgər vətəndaşın müraciətinə "MƏCBURİ KÖÇKÜNDÜR" deyilərək baxılmırsa, onun yaşadığı ünvana sayğac quraşdırılmırsa, bunun məsuliyyətini həmin vətəndaş daşımamalıdır. Başqa bir məqama da diqqət yönəldilməlidir, əgər hansısa vətəndaşın yaşadığı mənzilə sayğac quraşdırılmaq nəzərdə tutulursa, bu zaman həmin vətəndaşdan tələb olunmalıdır ki, lazım olan dövlət rüsumunu ödəsin və qəbzi işiq idarəsinə təqdim etsin. Bundan sonra, həmin vətəndaşın mənzilinə sağac quraşdırılması həyata keçirilməlidir. Yoxsa vətəndaşın iştirakı olmadan, onun mənzilinə gəlməli olan naqillərə sayğac quraşdırılırsa və bu zaman vətəndaşla müqavilə bağlanmırsa və sonradan məlum olursa ki, həmin vətəndaşın ayağına külli miqdarda borc yazılıb, bunun günahını görəsən kim daşıyır?

Qeyd edək ki, mövzu ilə bağlı araşdırmalarımız davam edir, növbəti saylarımızda Sabunçu rayon Enerji Satışı və Təchizatı İdarəsində şahidi olduqlarımız, "Bakıelektrikşəbəkə" ASC-nin məsul əməkdaşı Tofiq Abdullayevlə şikayətçinin görüşü və bu görüş zamanı ortaya çıxan mətləblər, o cümlədən adıçəkilən qurumun məsul şəxsinin əməkdaşımıza mövzu ətrafında hansı məqamlara toxunmasına aydınlıq gətirəcəyik. Bizi izləyin...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb - TƏFƏRRÜAT
Bu gün, 17:41
Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib - İLGİNC
Bu gün, 17:38
"Paşinyan ölkənin ləyaqətini alçaldır" - Artsvik Minasyan
Bu gün, 17:36
Aslan Xasıyev “Rabitəbank”dan UZAQLAŞDI
Bu gün, 17:35
Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat - AYIRDI
Bu gün, 17:28
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Bu gün, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Bu gün, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Bu gün, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Bu gün, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Bu gün, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Bu gün, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Bu gün, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Bu gün, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Bu gün, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Bu gün, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Bu gün, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Bu gün, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Bu gün, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Bu gün, 16:20
Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Bu gün, 16:14
Hədəfdəki İran və iki plan: - Yaxın Şərq yenidən şəkilləndirilir
Bu gün, 16:09
Rusiyada qarğıdalı qıtlığı yaranıb – Azərbaycanda da bahalaşa bilər
Bu gün, 16:04
ABŞ Ermənistandan niyə imtina etdi? - ŞƏRH
Bu gün, 16:02
Leytenantın bəraəti ləğv olundu - Ağır cəza verildi
Bu gün, 16:00
İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI - Sahib Məmmədov əmr imzalayıb
Bu gün, 15:55
Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Bu gün, 15:49
Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi - QAŞINIRLAR...
Bu gün, 15:45
Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı - KİV
Bu gün, 15:43
Ermənistanın ədliyyə naziri niyə istefa verib? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 15:36
BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Bu gün, 15:33
"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Bu gün, 15:32
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Bu gün, 15:20
Milli Məclis komitələrinin tərkibi bəlli olub - SİYAHI
Bu gün, 15:18
Sulduzda türkcə kitablar paylandı
Bu gün, 15:00
“Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:58
Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? - AÇIQLAMA
Bu gün, 14:56
NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR – Sədr seçə bilməyən Naxçıvan Ali Məclisində daha bir absurd qərar qəbul olundu
Bu gün, 14:51
Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib - SƏRƏNCAM
Bu gün, 14:44
Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib - FOTO
Bu gün, 14:40
Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm... - TƏFƏRRÜAT
Bu gün, 14:30
"Bəli, Dədə Ələsgər solaxay olub" - Cavid Qurbanovdan REAKSİYA
Bu gün, 14:14
"Bank kartından 1100 manat pulu öz kartımıza köçürdük" - Qız adı ilə tanış olub quldurluq etdilər
Bu gün, 14:10
Naxçıvanda atəşkəsin pozulması, Azərbaycan və Türkiyəyə verilən mesajlar... - Görünəni odur ki...
Bu gün, 14:05
“Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir? - “Üz-gözü silikonlu aktrisalar Nəsibə Zeynalovanı əvəz edə bilməz”
Bu gün, 14:02
Ərdoğanın əli havada qala bilər – “Qordi düyünü”nü açmaq cəhdi
Bu gün, 14:00
Qarşıda yeni hədəflər durur - MƏQALƏ
Bu gün, 13:59
İran Zəngəzur məsələsində mövqeyinə yenidən baxmalıdır - BAŞQA YOLU YOXDUR...
Bu gün, 13:56
"Tək məni yox digər qadınları pis vəziyyətə qoyub" - Plastik cərrah Vüsal Abullayevdən ŞİKAYƏT
Bu gün, 13:54
"Ermənistan çalışır ki, Azərbaycanı təxribatlara çəksin" - deputat
Bu gün, 13:52
“Hizbullah” İsraildən necə qisas alacaq? -“Nezavisimaya qazeta”
Bu gün, 13:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru