Nədən Azərbaycan dövləti beynəlxalq axtarışa verdiyi Elşad Abdullayevi ələ keçirə bilmir? – İLGİNC FAKT
Tarix: 10-07-2014, 12:18 |
Çap et
DİA.AZ: - Redaksiyamıza hazırda interpol tərəfindən axtarılan lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevlə bağlı ilginc məlumat daxil olub. DİA.AZ xatırladır ki, bu günlərdə Elşad Abdullayevə qarşı baş prokurorluq tərəfindən yeni ittihamlar irəli sürüldü və ayrıca olaraq sabiq rektor orqan mafiyası ilə əlaqə ilə yanaşı korrupsiyada da ittiham olundu.
Xatırladaq ki, az əvvəl Elşad Abdullayevin bir saxta pasportla Avropa ölkələrinin bir başından girib, o biri başından çıxması ilə bağlı məlumat vermişdik.
Məlumatlı mənbə iddia edir ki, Elşad Abdullayev hələ Azərbaycanda olarkən, illər əvvəl öz ehtiyatını tutub: «Bu gün onun cibində Azərbaycan pasportu ilə yanaşı, ayrı-ayrı adlara aid olan Kiprin, Bolqarıstanın və Moldovanın pasportları da var. Elşad Abdullayev bu sənədləri zamanında ələd edib ki, ona da bu işdə Bakıdakı dostları yardımçı olub».
Bununla əlaqədar danışan mənbə dia-az.life-a bildirir ki, Elşad Abdullayevin hələ də rəsmi Bakının “gözündən yayınmasının” başlıca nədəni məhz onun saxta pasportla hərəkət etməsidir.