"İmtina edəcəyik sizin bankdan..." - ETİRAZ VAR...
Tarix: 23-07-2024, 09:45 |
Çap et
"Çox acınacaqlı bir halla qarşılaşdım. "Bank of Baku" kartı vasitəsilə 4,20man telefon borcunu ödədim və kartdan məbləğ silindi və uğurlu əməliyyat yazıldı..." Dia-az.İnfo xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında Minə Kərim adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirir: "Saat 15.24 də ödənilən məbləğ "Ultel"in hesabına köçürülməyib.
"Bank of Baku" bildirir ki, "Ultel"dən tələb edin, "Ultel" isə "banka müraciət edin" deyir.
Hələ də "Bank of Baku"dan xəbər yoxdur! Görün, böyük məbləğlərin taleyi necə olardı...
"Bank of Baku"ya müraciət edirəm: bərbad xidmətlə reytinqiniz aşağı düşür və biz imtina edəcəyik sizin bankdan…. Eyni zamanda "ULTEL Telefon"a bildirirəm: sizin xidmət lap bərbaddır..."