Dövlətə 7 milyondan çox vergi borcu olan “AZLAHİYƏ İNŞAAT”-ın arxasında kimlər durur? - İLGİNC FAKTLAR
Tarix: 24-05-2024, 09:58 | Çap et
Azərbaycanda bəzi vəzifəli şəxslər və məmurlar ölkədə özəl sektora, aqrar sahəyə, kiçik və orta sahibkarlığa olan dövlət dəstəyindən sui-istifadə edirlər. Məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi isə, dövlət, yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatlarının normal fəaliyyətinə xələl gətirir. Belə hallar baş verəndə fiziki və ya hüquqi şəxslərin hüquqları, qanuni mənafeləri, eyni zamanda cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri pozulur. Bu kimi hallar isə özünü daha çox dövlət satınalmalarında biruzə verir. Belə ki, vəzifəli şəxslər tərəfindən formal yaradılan şirkətlər satınalmalar xətti ilə həyata keçirilən işlərdə dövlətə hərtərəfli ziyan vururlar. Bu şirkətlər həm vergilərdən yayınır, həm dövlətə heç bir sosial ödəniş etmir, həm də dövlət vəsaitlərinin təyinatından kənara yönəldilməsində vasitəçi olurlar. Digər tərəfdən də, satınalmalarda iştirak etmək istəyən sadə fiziki və ya hüquqi şəxslərin qarşısında baryer olub, onların inkişaf etməsini əngəlləyirlər. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə bunlara sadəcə seyrçi olaraq nəzarət edir. Aktualinfo.org hansısa məmur, yaxud da yüksək çinli bir vəzifə sahibi tərəfindən yaradılmış belə şirkətlərin birinin barəsində kiçik bir araşdırma aparıb. Bu şirkətin adı “AZLAHİYƏ İNŞAAT”dır. “Azlahiyə İnşaat”(VÖEN 7900064391 ) MMC 2012-ci ildə dövlət reyestrində qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Səbail rayonu, Qəzənfər Əlizadə ev 4, mənzil 4 ünvanı, qanuni təmsilçisi isə Hüseynov Talıb Sabir oğludur. MMC-nin ilk hüquqi ünvanı Xocavənd rayonu, Xocavənd ev 102, 500 ailəlik qəsəbə, ilk qanuni təmsilçisi Əliyev Yusif Fərahim oğlu olub. 17.03.2020-ci ildə bircə gün MMC-yə Məhəmmədov Hüseyn Məhəmmədoviç qanuni təmsilçilik edib. 12.10.2020-ci ildən bir gün Hüseynov Talıb Sabir oğlu, daha sonra elə həmin tarixdən 11.04.2022-ci ilə qədər Məhəmmədov Hüseyn Məhəmmədoviç yenidən MMC-yə qanuni təmsilçilik ediblər. Qeyd edək ki, MMC yarandığı gündən 07.07.2020-ci ilə qədər “AVEY-V 2012” adını daşıyıb. Şirkətin nizamnaməsi və vergi şəhadətnaməsi (VÖEN) itdiyi üçün etibarsız sayılması barədə “Respublika” qəzetinin 3 iyul 2020-ci il tarxli sayında elan verilib. Elə göstərilən tarixdən də adının dəyişdirilərək “AZLAHİYƏ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyi barədə Dövlət vergi Xidmətinin reyestr məlumatlarında yer alıb. “Azlahiyə İnşaat” MMC-nin maddi-texniki bazası, müqavilə ilə çalışan mühəndis və işçi heyətinin sayı, dövlət qurumlarından aldığı müvafiq lisenziyalar və qanuni təmsilçilik etmiş şəxslər barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Amma bununla bərabər 23.04.2021-ci il tarixdən 27.01.2022 -ci il tarixə qədər, yəni bir il 3 ay ərzində bir sıra dövlət qurumlarının müxtəlif lotlar üzrə keçirdikləri 23 satınalma müsabiqəsinin qalibi olub və ümumi dəyəri 4 294 515 manat dəyərində dövlət sifarişi alıb. MMC-nin bu müddət ərzində qalibi olduğu satınalmaların bir neçəsini diqqətinizə çatdırırıq. MMC Ağdam rayon İcra Hakimiyyəti ilə 269.700,56, Saatlı Suvarma Sistemləri İdarəsi ilə 209.607,19, Biləsuvar rayon İcra Hakimiyyəti ilə 549.014,99, Füzuli rayon İcra Hakimiyyəti ilə 355.025,03, Füzuli Rayon Kommunal Müəssisələr Kombinatı ilə 480.003,36, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə 277.351,02, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ilə 510.350 manat dəyərində satınalma müqavilləri bağlayıb. MMC ilə bağlı ilginc məlumatlar bunlarla bitmir. Elektron medianın 04 Oktyabr 2023-cü ildə yaydığı məlumata görə Mərkəzi Bank tərəfindən “Azlahiyə İnşaat” MMC-nin barəsində cərimə protokolu yazılıb. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün bu gün Səbail Rayon Məhkəməsinə göndərilib. İş hakim Ülviyyə Şükürovanın icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. Yenə də elektron medianın 03.02.2022-ci ildə Dövlət Vergi Xidmətinin məlumat bazasın istinadla yaydığı məlumatda “Azlahiyə İnşaat” MMC-nin 898 299 manat vergi borcu olub. Hazırda isə MMC-nin dövlətə 7 358 364.35 manat vergi borcu var. Göründüyü kimi MMC-nin külli miqdarda vergi borcu var. Bu borc göründüyü kimi durmadan artır və qısa bir vaxtın borcu olmadığı açıq aydın görsənməkdədir. Yuxarıda qeyd etdiyimiz kimi MMC-nin maddi texniki bazası barədə heç bir məlumat yoxdu. Mərkəzi Bankın cərimə protokolundan da görsəndiyi kimi MMC xarici ölkələrə valyuta köçürüb. Bütün bunlar da MMC barədə açıq mənbələrdə olan məlumatlardır. Burada MMC-nin daha böyük, ciddi məbləğlərdə maliyyə maxinasiyalarında iştirakı da istisna deyil. Bəs dövlətə külli miqdarda vergi borcu olan və durmadan borcu artan bu MMC-nin qarşısı niyə alınmır? Məlum olduğu kimi Dövlət Vergi Xidməti vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə araşdırmalar aparır, vəsaitin dövlət büdcəsinə ödənilməsini təmin edir. “Azlahiyə İnşaat” MMC-nin arxasında kimlər durur ki, MMC-nin borcu durmadan artır və barəsində heç bir tədbir görülmür. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ləğv olunmaq sırası AYB-yə çatıb? - İLGİNC...
Bu gün, 08:40 |
|
|
|
• De sən öl, Həsən ağanın qohumuyam? - Sabirabaddakı biabırçılığa sözardı
Bu gün, 08:31 |
|
|
|
• Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… - FAKT BUDUR!
Bu gün, 08:16 |
|
|
|
• Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04 |
|
|
|
• 70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00 |
|
|
|
• Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37 |
|
|
|
• İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34 |
|
|
|
• "Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23 |
|
|
|
• 6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20 |
|
|
|
• Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17 |
|
|
|
• Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15 |
|
|
|
• Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05 |
|
|
|
• 4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02 |
|
|
|
• “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50 |
|
|
|
• Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45 |
|
|
|
• Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02 |
|
|
|
• “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Dünən, 18:58 |
|
|
|
• Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Dünən, 18:14 |
|
|
|
• Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Dünən, 18:11 |
|
|
|
• ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Dünən, 18:06 |
|
|
|
• Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 18:03 |
|
|
|
• Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Dünən, 18:01 |
|
|
|
• “Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 17:56 |
|
|
|
• “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Dünən, 17:52 |
|
|
|
• Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Dünən, 17:50 |
|
|
|
• Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44 |
|
|
|
• Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:42 |
|
|
|
• Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Dünən, 17:40 |
|
|
|
• Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 17:38 |
|
|
|
• FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Dünən, 17:35 |
|
|
|
• “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Dünən, 17:34 |
|
|
|
• “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Dünən, 16:38 |
|
|
|
• Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Dünən, 16:32 |
|
|
|
• Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Dünən, 16:30 |
|
|
|
• Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Dünən, 16:26 |
|
|
|
• Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Dünən, 16:19 |
|
|
|
• Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Dünən, 16:18 |
|
|
|
• Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Dünən, 16:05 |
|
|
|
• Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Dünən, 16:01 |
|
|
|
• Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Dünən, 15:51 |
|
|
|
• "Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Dünən, 15:45 |
|
|
|
• Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Dünən, 15:32 |
|
|
|
• Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Dünən, 15:29 |
|
|
|
• “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Dünən, 15:22 |
|
|
|
• Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Dünən, 15:19 |
|
|
|
• Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Dünən, 14:00 |
|
|
|
• "Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 13:58 |
|
|
|
• Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Dünən, 13:26 |
|
|
|
|