Zaur Mikayılov Ağsudakı qəbulda daha nələri görməli idi… - İLGİNC GƏLİŞMƏ...
Tarix: 22-05-2024, 11:33 | Çap et
Azərbaycanda uzun müddət “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə sədrlik etmiş Əhməd Əhmədzadədən sonra bu sahədə köklü islahatlar aparıldı. “Azərsu” ASC və Meliorasiya və Su Təsərrüfatı ASC əmlakları ilə birlikdə 2023-cü ilin martında yaradılmış Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verildi. Yeni yaradılan quruma da Əhməd Əhmədzadədən sonra gətirilmiş Zaur Mikayılov sədr təyin edildi. Bu kimi vacib islahatlarla bərabər ölkədə kənd təsərrüfatının, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, əkin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, meliorasiya və irriqasiya işlərinin keyfiyyətlə aparılması məqsədi ilə dövlət büdcəsindən milyonlarla manat vəsaitlər ayrılır. Amma bölgələrdə suvarma suyunun yoxluğundan əziyyət çəkən kənd təsərrüfatı işçilərinin narazılıqları səngimək bilmir.
Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov mayın 17-də Ağsu Suvarma Sistemləri İdarəsinin inzibati binasında Ağsu, İsmayıllı və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, suvarma kanallarının beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması və digər məsələlərlə bağlı olub.
Diqqət yetirin, sakinlər Agentlik sədrindən suvarma kanallarının beton üzlüyə alınmasını da tələb ediblər. Yuxarıda qeyd etdiyimiz kimi dövlət tərəfindən hər il milyonlarla manat vəsaitlər ayrldığı halda rayonda yaşanan bu kimi problemlər nə üçün vaxtında aradan qaldırılmır?
Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda Ağsu Suvarma Sistemləri İdarəsinin 2023-ci ildə kanalların və çay məcralarının lildən təmizlənməsi, cari təmir üçün tikinti materialları, əsaslı təmir işləri üçün tikinti materialların, əsaslı təmir üçün beton qarışıqlarının, cari təmir işləri üçün beton qarışıqların satın alınması üzrə ümumi olaraq 1 142 153 manat məbləğində satınalma müqavilələrin bağlanıldığı görsənir. Burada daha çox vəsaitlər “ELİT-S” ( 460.000), “GİRDİMAN TƏMİR-TİKİNTİ” (201.054,3 ), “TEXNOLOG” ( 214.880.36), “BETA CONSTRUCTION” ( 100.409,74), Məhdud Məsuliyyətli Cəmiyyətinin qalib olduğu tenderlərə ayrılıb.
Göründüyü kimi dövlət ötən il yalnız Ağsu rayonunda suvarma kanallarının təmirinə və lildən təmizlənməsinə bir milyon manatdan çox vəsait ayırıb. Əvvəllər bu sahədə korrupsiya və mənimsəmə hallarının çox olduğu iddia edilirdi. Bəs indi. Zaur Mikayılovun büdcə vəsaitlərinə nəzarətin gücləndirildiyi dövrdə ayrılan həmin pullar indi hara gedir? Əhməd Əhmədzadə olmasa da bu sahədə uzun illərdir at oynadan kadrları hələ iş başındadı.
Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədov kimi.
Qeyd edək ki, Ağsu Suvarma Sistemləri İdarəsinin satınalma müqaviləsi bağladığı şirkətlərin əksəriyyəti rəis Səfər Məmmədova yaxınlığı ilə tanınır. Götürək “GİRDİMAN TƏMİR-TİKİNTİ” MMC-ni. 03.06.2010-cu ildə 4 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 40 manat, hüquqi ünvanı Ağsu şəhəri M. Rəsulzadə 21-dir. Qanuni təmsilçisi Əşrəfov Mirhicab Mirhüseyn oğlu göstərilir. Onun 2013-cü ildə keçirilən prezident seçkilərində “ÜMİD” partiyasından vəkil olması barədə açıq mənbədə məlumatlar var. Reyestr məlumatlarına edilmiş dəyişikliklərdə MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Aslanov Segah Bayram oğlu olub. Daha sonra MMC-yə Xasayev Şahlar Qüdrət oğlu, Quliyev Madar Arif oğlu, Mirzəliyev Fərhad Ağamehdi oğlu, Həsənov Rüfət Fuad oğlu “rəhbərlik” ediblər. Əslində isə MMC-ni kənardan idarə edənin Səfər Məmmədov olduğu bildirilir.
Səfər Məmmədovun idarə etdiyi MMC-lərdən biri də “ŞÜKRAN-2002” olub. 1952-ci il təvəllüdlü Rəhimova Narıngül Əli qızının adına yaradılmış “ŞÜKRAN-2002” MMC ilə Səfər Məmmədov 2019-2022-ci illərdə əsaslı və cari təmir üçün tikinti materiallarının satın alınması və maşın və mexanizmlərə ehtiyat hissələri və sürtkü yağlarının satın alması üzrə ümumi olaraq 1 402 582 manat məbləğində satınalma müqaviləsi bağlamışdır ki, vəsaitin böyük əksəriyyətinin Səfər Məmmədovun təyinatından kənarlaşdırdığı ehtimal olunur.
Ağsu Suvarma Sistemləri İdarəsi ötən il bir şübhəli satınalma müqaviləsi də “ELİT-S” MMC ilə bağlayıb. Əlabbas kanalı üzərindəki Bəddərə akvedukunun əsaslı təmiri üzrə satınalma müqaviləsi birbaşa bağlanılıb. Satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Ağsu Suvarma Sistemləri İdarəsi MMC ilə 12.12.2023-cü il tarixdə 460.000 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqlayıb. Satınalmaların portalında müqavilənin başlanma tarixi 20.11.2023-cü il, bitmə tarixi isə 31.12.2023-cü il qoyulub. Şərtlər toplusu açıqlanmadığından və görüləcək işin həcmi bəlli olmadığından şübhələrə yol açır. Yarım milyona yaxın vəsait ayrılan əsaslı təmir işini 41 günə bitirmək mümkündürmü?
Açıq mənbələrdə MMC haqında heç bir məlumat yoxdu. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında MMC-nin 09.06.2004-cü ildə Qarabağ Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. İlk hüquqi ünvanı Nizami rayonu ev 13, mən 41 (küçəsi yoxdu) olan MMC-nin son ünvanı Füzuli rayonun Aybasanlı ərazi vahidliyi qeyd olunub. Qanuni təmsilçisi Əliyev Elmidar Eldar oğlu olan MMC-nin nizamnamə kapitalı 10 manatdır. Barəsində heç bir məlumat olmayan bu MMC ötən il “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə tabeli bir neçə idarənin ümumi dəyəri iki milyon manata yaxın olan tenderlərinin qalibi olub. Ağsu Suvarma Sistemləri İdarəsi ilə bağlanılan müqaviləyə gəlincə. Bu bir təmir işindən daha çox ilin sonunda büdcədən vəsait çıxarmağa bənzəyir.
Səfər Məmmədovun Ağsu Suvarma Sistemləri İdarəsində bu kimi işləri çoxdu. Xüsusilə qeyd etmək istərdik ki, keçirilən bir neçə tenderdən başqa İdarə tərəfindən təşkil olunan satınalmalarda ciddi qanun pozuntularına yol verilir, keçirilmiş kotirovka sorğularının nətcələri barədə satınalmaların portalına heç bir məlumat yerləşdirilmir. Bu da satın alınan malların ehtimal olunan qiymətinin süni şəkildə şişirdilməsi və təyinatından kənarlaşdırılması üçün edilir.
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov mayın 17-də Ağsu Suvarma Sistemləri İdarəsinin inzibati binasında qəbul keçirərkən hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, ərizə və şikayətlərinə baxıb, bir qism problemləri yerindəcə həll edib. Amma Zaur Mikayılov Ağsuda mövcud problemlərin yaranma səbəblərini nədənsə görməzdən gəlib.
Aktualinfo.org
P.S. Ağsu Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilən tenderlərdəki şübhə doğuran məqamlara aydınlıq gətirilməsi məqsədi ilə Səfər Məmmədovdan məqalədə göstərilənlərə münasibət bildirməyi xahiş etdik. Onun imzası ilə redaksiyamızın elektron poçtuna göndərilmiş cavabda yazırlar: “Ağsu SSI-nin 2021-22-23-cü illərdə xidmət etdiyi şəbəkə vasitəsi ilə müvafiq olaraq 2021-ci ilde 123,7 ml m³, 2022-ci ildə 113,8 ml m³, 2023-cü ilde 150,4 ml m³ suyu çatdırılmışdır ki, buda ekin sahələrinin 2,5 defe, 3,5 defe, 3,8 dəfə suvarılması deməkdir. Son illər əkin sahələrinin aparılan əsaslı və cari işlərin nəticəsində su itkisi 36,4%-dən 13,2%-ə düşmüşdür.
İdarəyə lazım olan mal-material və xidməti işlərin görülməsi açıq tender vasitəsi ilə keçirilmişdir. Qalib müəssələrin heç biri ilə yaxından uzaqdan heç bir qohumluq əlaqəmiz yoxdur. Qohumluq əlaqəsi olsa belə heç bir qanun qadağan etmir ki. Mənim hansısa qohum və ya tanışım keçirilən açıq tenderlərdə iştirak etməsin.
Məlumat üçün bildiririk ki, 2023-cü ildə satın alınacaq malların və digər xidmətlərin ehtimal olunan qiymətlərindən tender nəticələrində bağlanmış müqavilələr arasında 307.312 manat qənaət olunmuşdur, burda tender rəqəmlərinin şişirdilməməsi və sövdələşmənin olmamsına bariz nümunədir. Alınan mal-material və digər material hissələri imkan yaratmışdır ki, kanalların beton üzlüyə alınması hidrotexniki qurğuların təmiri sahil mühafizə bəndlərinin tikintiləri plana uyğun icra edilmişdir. “Elit-S” MMC ilə bağlanmış müqavilə 7 kende ve Ağsu şəhərinə xidmət edən bu qurğunun istismar müddətinin başa çatması və sel nəticəsində sıradan çıxmışdır. Müvafiq qurumların icazəsi olmaqla qanuna müvafiq müqavilə bağlanaraq işin görülməsi qısa müddətdə başa çatdırılmışdır. Agentliyin müqavilələrə nəzarət qurumu tərəfindən mütəxəssislərin iştirakı ilə baxış keçirilərək qəbul olunmuşdur. Bildirmək istəyirik ki, dövlət büdcəsindən ayrılan vəsaitlər təsdiq olunmuş illik plana uyğun olaraq işlərin vaxtında və keyfiyyətlə görülməsinə sərf olunmuşdur.
Çox heyf ki, şər-böhtan və şərləməklə pul əldə etmək vətəndaşlarımız helede qalmaqdadır. Biz hüquqi demokratik ölkədə yaşamaqla hər bir vətəndaşın sorğusuna cavab verməyə hazırıq. Məlumat verdiyiniz üçün təşəkkür edirik.”
P.P.S. Yazılanlar doğru isə nə gözəl. Təbii ki, bunlar sənəd üzərində olanlar, yəni Zaur Mikayılova təqdim olunan məsələlərdir. Məsələnin görünməyən tərəfləri də olur, həmişə. Bunlarla bərabər “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir maddəsini Səfər Məmmədovun diqqətinə çatdırırıq:
Maddə 6. Satınalmalarda maraqlar toqquşması:
6.1. Təchizatçıların aşağıdakı hallarda satınalmalarda iştirakına yol verilmir:
6.1.4. satınalmada təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsinə əsasən aidiyyəti şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları) münasibətində olduqda.
1952-ci il təvəllüdlü Rəhimova Narıngül Əli qızının adına yaradılmış “ŞÜKRAN-2002” və “GİRDİMAN TƏMİR-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin kimlər tərəfindən idarə olunduğuna da aydınııq gətirilsəydi lap yaxşı olardı.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• De sən öl, Həsən ağanın qohumuyam? - Sabirabaddakı biabırçılığa sözardı
Bu gün, 08:31 |
|
|
|
• Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… - FAKT BUDUR!
Bu gün, 08:16 |
|
|
|
• Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04 |
|
|
|
• 70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00 |
|
|
|
• Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37 |
|
|
|
• İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34 |
|
|
|
• "Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23 |
|
|
|
• 6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20 |
|
|
|
• Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17 |
|
|
|
• Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15 |
|
|
|
• Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05 |
|
|
|
• 4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02 |
|
|
|
• “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50 |
|
|
|
• Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45 |
|
|
|
• Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02 |
|
|
|
• “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Dünən, 18:58 |
|
|
|
• Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Dünən, 18:14 |
|
|
|
• Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Dünən, 18:11 |
|
|
|
• ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Dünən, 18:06 |
|
|
|
• Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 18:03 |
|
|
|
• Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Dünən, 18:01 |
|
|
|
• “Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 17:56 |
|
|
|
• “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Dünən, 17:52 |
|
|
|
• Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Dünən, 17:50 |
|
|
|
• Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44 |
|
|
|
• Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:42 |
|
|
|
• Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Dünən, 17:40 |
|
|
|
• Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 17:38 |
|
|
|
• FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Dünən, 17:35 |
|
|
|
• “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Dünən, 17:34 |
|
|
|
• “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Dünən, 16:38 |
|
|
|
• Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Dünən, 16:32 |
|
|
|
• Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Dünən, 16:30 |
|
|
|
• Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Dünən, 16:26 |
|
|
|
• Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Dünən, 16:19 |
|
|
|
• Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Dünən, 16:18 |
|
|
|
• Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Dünən, 16:05 |
|
|
|
• Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Dünən, 16:01 |
|
|
|
• Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Dünən, 15:51 |
|
|
|
• "Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Dünən, 15:45 |
|
|
|
• Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Dünən, 15:32 |
|
|
|
• Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Dünən, 15:29 |
|
|
|
• “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Dünən, 15:22 |
|
|
|
• Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Dünən, 15:19 |
|
|
|
• Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Dünən, 14:00 |
|
|
|
• "Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 13:58 |
|
|
|
• Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Dünən, 13:26 |
|
|
|
• Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Dünən, 13:13 |
|
|
|
|