Muxtar Respublikada nə baş verir? .....                     MƏLUM OLDU: 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir .....                     Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq .....                     "Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... .....                     Rusiyadakı azərbaycanlılar təhlükədə .....                     Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? .....                     Ləğv olunmaq sırası AYB-yə çatıb? .....                     De sən öl, Həsən ağanın qohumuyam? .....                     Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… .....                     Paşinyan Aİ-yə üzvlükdən danışdı .....                     70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? .....                     Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? .....                     İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib .....                     "Bu gün niyə tez parlayanlar tez də sönürlər?" .....                     6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... .....                     Rusiya nüvə silahından istifadə edəcək .....                     Həftəsonu quru sərhədlər AÇILIR? .....                     Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı .....                     4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq .....                     “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” .....                     Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi .....                     Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... .....                     “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” .....                     Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi .....                     Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? .....                     Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş .....                     ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb .....                     Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Mətbuat katibinin qızı YÖS imtahanında I oldu .....                     “Huner Group” MMC-nin direktoru dəyişdirilib .....                     “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır .....                     Gəncənin yollarını 10 milyon manata bu şirkət .....                     Bakı həbsxanasında .....                     Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu .....                     Həmin rəislər hakim qarşısına çıxarılır .....                     Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib .....                     FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir? .....                     “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib .....                     “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... .....                     Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının .....                 

Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR... - YENİ HOQQABAZLIQ...
Tarix: 14-05-2024, 10:05 | Çap et
Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...
İndiyədək mətbu nəşrlərdə, internet xəbər portallarında Bakı şəhərinin Nizami rayonu ərazisində ağacların, yaşıllıqların məhv edilməsi ilə müşayiət olunan və yerli sakinlərin ciddi narazılığına səbəb olan qanunsuz tikililərə rəvac verilməsi barədə çoxsaylı tənqidi məqalələr dərc olunub. Məqalələrdə qeyd olunur ki, sözügedən ünvanlarda qanunvericiliyin tələbinə görə bina inşa edilməzdən əvvəl ağaclarm ərazidən köçürülməsinə dair Ekologiya Nazirliyinin Ekspertiza İnstitutu rəy verməliydi. Yəni, həmin ağaclar kəsilməli deyil, sadəcə yeri dəyişdirilərək başqa əraziyə köçürülməli, orada qulluğu davam etdirilməliydi. Lakin, yaşıllıqlar başqa əraziyə köçürülmədən məhv edilib.

Bu qəbildən olan məlumatlar, şikayətlər “Dəryaz” qəzeti redaksiyasına da daxil olmaqdadır. Belə ki, məlumatlardan birincisi Nizami rayonu ərazisində Elşən Süleymanov küçəsində şam ağaclarını çıxarılıb yerində obyekt tikilməsi ilə bağlıdır. Videogörüntülərlə qeydə aldığımız həmin yamac yerdə dağ sürüşməsinin qarşısını almaq üçün vaxtilə əkilmiş boybaboy 50-yə yaxın ağac məhv edilmiş, avtotəmir emalatxanası inşa edilmişdir. Emalatxana sırasına ən axırda əlavə edilmək üçün tikilməkdə olan iki boksun sahibinin guya Vətən müharibəsi qazisi olduğu barədə şayiə buraxılmışdır.

Qəribədir ki, yuxarı instansiyalara nə qədər şikayətlər edilsə də, bu mənfi tendensiya qarşısıalınmaz bir prosesə çevrilib. Sanki qanunun ayaq altına atılıb tapdalanmasında maraqlı olan böyük bir şər qüvvə dövlətə, cəmiyyətə meydan oxuyur, onun qarşısında yerli icra hakimiyyətləri də, hüquq-mühafizə və cinayət təqibi orqanları da, məhkəmələr də, bir sözlə, bütün aidiyyəti qurumlar, onların bir-birini əvəzləyən rəhbər vəzifəli şəxsləri də acizdirlər.

Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...
Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...



Qazi adı arxasında gizlənmək Nizami rayon rəhbərliyinin həmişəki sınanılmış fəndidir. Halbuki, nə qazinin, nə də şəhid ailəsinin bütün digər vətəndaşların hörmətlə yanaşdığı qanuna tüpürmək, dövlətin və cəmiyyətin maraqlarını tapdalamaq kimi bir imtiyazları yoxdur. Onu da deyirlər ki, emalatxananın əsl icarədarı etiraz edənlərə “mən pulumu vermişəm, kimin hünəri nədi mənim qabağımı kəssin?” deyərək sinəsinə döyür. Dediyi “hünərsiz, gözükölgəli kimciyəzlərin” arasında isə əlbət ki, əlaqədar vəzifəli şəxslər, o cümlədən, RİH, ŞİH-nin yaşıllaşdırma təsərrüfatı, yerli polis, ərazi ekologiya idarəsi və FHN-nin mənsubları nəzərdə tutulur.

50-yə yaxın şam ağacının məhv edilməsi barədə digər fakt Nizami rayonunun Fuad Abbasov küçəsində qeydə alınmışdır. Bildirilir ki, adı naməlum olan sahibkar həmin küçədə yerləşən “Araz Market” mağazası ilə üzbəüz nahiyədə hündürmərtəbəli bina tikmək istəyir.

Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...

Məlumata görə, tikintiyə maneə törədən ağacın kökündən çıxarılmasına “əsas” yaratmaq üçün onu sındırıb budağını altında dayanmış olan maşının damına atıblar və aidiyyəti qurumlar qarşısında “ağacın zərərsizləşdirilməsinin zəruriliyi” məsələsini qaldırmağa çalışıblar.

Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...

Lakin avtomobil sahibi əmlakına ciddi ziyan dəymədiyini, ağacın çürük olduğunu heç bir şikayətinin olmadığını deyib. Amma bu o demək deyil ki, sahibkar onun işini axsadan ağacın aradan qaldırılması üçün hiyləgər səylərini dayandıracaq. Yeri gəlmişkən, xatırladaq ki, həmin ünvanda yaşayan sakinlərin dəvəti ilə tikinti ağacların məhv edildiyi əraziyə baxış keçirmişik və qeydə aldığımız video-kadrlarda sağ qalmış həmin ağacın əsla quru olmadığını təsdiqləyən görüntülər vardır.



Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...

Ağaclar və yaşıllıqlar bir çox hallarda tikinti işlərinə başlamazdan əvvəl elə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitki Mühafizəsi Şöbəsinin işçiləri tərəfindən əvvəlcə budanır, daha sonra isə həmin ərazidə olan bütün ağaclar və yaşıllıqlar məhv edilir. Birliyin əməkdaşlarının tələm-tələsik üzərində budama əməliyyatı apardıqları ağaclar çox keçmədən kəsilir və kəsilən ağacların hesabına boşalan ərazidə ayrı-ayrı şəxslər tərəfindən yeni obyektlər tikilir. Məlum olur ki, “budama” əməliyyatı elə ağacların kəsilməsi və yerinin qabaqcadan sövdələşmə aparılan adamlara, əsasən tikinti şirkətlərinə satılması üçün zəmin hazırlamaq məqsədi daşıyırmış. Doğrudur, arabir olur ki, ictimaiyyətin, medianın böyük təzyiqindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tikintinin aparılmasına maneçilik törədən ağacların və kolların müvafıq rəy alınmadan götürən şəxslər barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edərək Nizami rayon məhkəməsinə göndərir, məhkəmə də həmin şəxslər barəsində cinayət işi açmaq əvəzinə, onları müəyyən məbləğdə cərimələyir. Çünki həmin məhv edilmiş yaşıllıqların və ağacların konkret olaraq sayı və kəsilmə tarixləri dəqiqləşdirilmir, bilərəkdən az göstərilir. Məsələn, məhkəmə öz “humanizmini” belə əsaslandırır: “Ağacların kök qalıqları və gövdələri ərazidə müəyyən edilmədiyindən, həmin ağaclarm diametrlərinin ölçülüb qiymətləndirilməsi mümkün olmamışdır”. Qəribə məntiqdir, deyilmi? Hansı ağackəsən cinayətkar qopardığı ağacın kökünü hadisə yerində saxlayar?

Başqa bir nüansı da nəzərdən qaçırmaq olmaz: ETSN-nin də, Bakı ŞİH-nin də məsul şəxslərinin vəzifəsi yalnız ondan ibarət deyildir ki, yaşıllıqların məhv edilməsi xəbərini alandan sonra hərəkətə keçsinlər, hadisə yerinə gəlib vurulan ziyanın həcmini müəyyənləşdirməklə işlərini bitmiş hesab etsinlər. Hadisə şahidi olan vətəndaş baş verənlərə laqeyd də qala bilər. Lakin ETSN-nin aidiyyəti qurumlarının rəhbər və funksionerlərinin vəzifəsi həm də təhkim olunduqları əraziyə mütəmadi nəzarət etməkdir.

Nizami rayonunda yüzlərlə ağacın qətliamlarının birinə də Arif Mustafayev adlı sahibkara məxsus “Karaev City” tikinti şirkəti qol qoyub.



Şirkətin Kamil Balakişiyev və Şirin Mirzəyev küçələrinin kəsişdiyi yerdə inşa etmək istədiyi “göydələnin” tikilməsi üçün Şirin Mirzəyev 48/52 ünvandakı 3-mərtəbəli binalar sökülməlidir. Problem budur ki, 8-10 mənzilin sakinləri ilə anlaşma əldə olunmayıb. Sakinlərin sözlərinə görə, şirkət onlara ilk əvvəl vəd etdiklərinə əməl etməkdən boyun qaçırıb, cari təklifləri isə onları qane etmir. Hətta şirkət rəhbərliyinin həyasızlığı o həddə çatıb ki, sakinləri mənzillərini tərk etmədiklərinə görə məhkəməyə də verib və onlara müqavimət göstərmələrinin əbəs olduğunu bildirib: “məhkəmədəkilər bizim adamlardı, pulumu verib öz xeyrimə qərar çıxartdıracağam”.

Vətəndaşların dəvəti ilə baş verənlərin “Xəzər” televiziyasında ictimailəşdirilməsi belə vəziyyəti haqqa doğru dəyişməyib.

Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...

Şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz Arif Mustafayevin qeyri-konstruktiv yanaşma nümayiş etdirərək söhbətdən yayınması ucbatından baş tutmadı. O və şirkətin ofisində rastlaşdığımız şəxslərin davranışlarını müşahidə edəndə bizdə elə təəssürat yarandı ki, onlar qətiyyən iş adamlarına xas olan mədəniyyətə malik deyillər.

Eləcə bizə “axır məqsədiniz nədir” sualını verib dururdular. Sanki jurnalistin vətəndaşların hüquqlarının pozulması faktlarına ictimai əhəmiyyətli hesab etməsi, heç bir təmənna güdmədən neqativ halları işıqlandırması onları təəccübləndirirdi.

Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...

Rayon rəhbərliyinin də olaylara susması, ərazidə yaşayan vətəndaşların təməl hüquqlarından olan mülkiyyət hüquqlarının pozulmasına göz yumması yalnız gözükölgəliklə izah oluna bilər. Ən nəhayət, qeyd olunan neqativ hallarla bağlı suallarımızı mesaj kimi Nizami RİH-nin başçısı cənab Coşqun Cəbrayılova göndərmişik. Cavabı hələ də özünü gözlədir.

Məqalədə adları keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq

Mövzuya qayıdacağıq

Deryaz.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Muxtar Respublikada nə baş verir? - AKTUAL
Bu gün, 09:18
MƏLUM OLDU: 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Bu gün, 09:16
Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq - SOS!
Bu gün, 09:09
"Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... - Bank sahibi iddialara nə deyir?
Bu gün, 08:59
Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
Bu gün, 08:55
Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? - AYNA-nın NƏZƏRİNƏ...
Bu gün, 08:47
Ləğv olunmaq sırası AYB-yə çatıb? - İLGİNC...
Bu gün, 08:40
De sən öl, Həsən ağanın qohumuyam? - Sabirabaddakı biabırçılığa sözardı
Bu gün, 08:31
Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… - FAKT BUDUR!
Bu gün, 08:16
Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04
70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00
Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37
İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34
"Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23
6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20
Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17
Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15
Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05
4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50
Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45
Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02
“Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00
Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Dünən, 18:58
Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Dünən, 18:14
Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Dünən, 18:11
ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Dünən, 18:06
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 18:03
Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Dünən, 18:01
“Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 17:56
“Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Dünən, 17:52
Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Dünən, 17:50
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44
Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:42
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Dünən, 17:40
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 17:38
FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Dünən, 17:35
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Dünən, 17:34
“Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Dünən, 16:38
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Dünən, 16:32
Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Dünən, 16:30
Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Dünən, 16:26
Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Dünən, 16:19
Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Dünən, 16:18
Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Dünən, 16:05
Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Dünən, 16:01
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Dünən, 15:51
"Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Dünən, 15:45
Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Dünən, 15:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru