Naxçıvanın səhiyyəsi həkimsizləşdirilir... - Sabiq baş həkimə işdən çıxması üçün 2 gün möhlət verildi
Tarix: 27-02-2024, 11:47 | Çap et
Ötən ilin iyul ayında ləğv olunaraq Respublika xəstəxanasına calaq edilən keçmiş Naxçıvan MR Kardiologiya Mərkəzinin baş həkimi Ramin Hacıyevə öz xahişi ilə işdən uzaqlaşmaq barəsində ərizə yazmaq möhləti verilib.
Ovqat.com-a bu barədə Naxçıvan kardioloqlarından biri bildirib.
Məlumat qaynağımızın məlumatına görə, onun fevralın 29-na qədər vaxtı var. Bu müddət ərzində özü ərizə yazmasa, baş həkimi şəxsi işinə bir daha heç bir yerdə işləməyəcək dərəcədə ağır maddə yazıb işdən qovacaqlar
Qeyd edək ki, Ramin Hacıyev 1995-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub və 2002-ci ildə bu ali məktəbi bitirib. Məzun olduqdan sonra Naxçıvana qayıdan Ramin Hacıyev 2010-cu ildə Muxtar Respublikada səhiyyənin vəziyyətini yüksəltmək məqsədi ilə Türkiyəyə uzmanlı təhsili almağa göndərilib. Mütəxəssislərin fikrincə, Vasif Talıbovun 27 illik hakimiyyəti dövründə yeganə müsbət addımı kimi tarixə düşən bu qərarı çərçivəsində həmin il ixtisaslarını artırmaq üçün hər tibb sahəsi üzrə 1 nəfər olmaqla Türkiyəyə göndərilən 5 həkimdən biri də Ramin Hacıyev olub. 6 il Türkiyədə uzmanlıq kursu keçən Ramin həkim daha sonra yenidən Naxçıvana qayıdıb və 2019-cu ildə Muxtar Respublika Kardioloji Mərkəzin baş həkimi vəzifəsinə gətirilib. İşlədiyi dövrdə, təbii ki, “xan” standartlarından çox da kənara çıxa bilməsə belə, bacardığı qədər Kardioloji mərkəzdə müalicə və cərrahiyyə işinin səviyyəsini yüksəltməyə çalışıb.
Maraqlıdır ki, Ramin Hacıyevlə bərabər Türkiyədə təhsil almağa göndərilən 5 nəfərdən 2-si – bir haqqında danışdığımız şəxs, bir də Respublika xəstəxanasının sabiq baş həkimi Zəbur Bağırov, əvvəlcədən planlaşdırılan məqsədə müvafiq olaraq yüksək vəzifəyə gətirilib. Digər 3 uzman həkim müxtəlif basqılara məruz qalaraq Naxçıvanı tərk etmək məcburiyyətində qalıb.
“Xan” rejimi “canişin” rejimi ilə əvəz edildikdən sonra az-çox uzmanlıq təhsili görən bu iki həkim də vəzifədən uzaqlaşdırılıb. Səhiyyədən çox “xan” siyasətinin təbliğinə vaxt ayıran və bu səbəbdən də Naxçıvan MR Ali Məclisinin deputatı mandatını alan Zəbur Bağırov 20 iyun 2023-ci il tarixində işdən azad olunub. Üzərindən bir ay keçəndən sonra isə, yəni 23 iyul 2023-cü ildə Ramin Hacıyevin rəhbərlik etdiyi Kardiologiya Mərkəzi ləğv olunaraq bu tibb ocağı Respublika xəstəxasına birləşdirilib. Naxçıvan MR Ali Məclisinin bu qərarından sonra Ramin Hacıyev avtomatik olaraq baş həkimdən şöbə müdirinə çevrilib.
Kardioloji Mərkəz Respublika xəstəxanasının bir şöbəsinə çevrildikdən sonra bu mərkəzdə işləyən həkimlərin qara günləri başlayıb. Ürək şikayəti ilə xəstəxanaya müraciət edənlərin əməliyyatı keçmiş Kardioloji Mərkəzdə aparılıb, daha sonra onlar təcili yardım maşınlarına mindirilərək Respublika xəstəxanasına gətirilir və müxtəlif şöbələrinin palatalarına yerləşdirilir. Xüsusilə də xəstəxananın Acil şöbəsinə. Beləcə, Respublika xəstəxanasının da əvvəlki iş tempi də pozulub.
Amma bu da “nizamsızlıq” da uzun sürməyib. Bir müddətdən sonra Kardioloji Mərkəzdəki tibb aparatları müəmmalı şəkildə xarab olur və nəticədə Naxçıvanda ürək əməliyyatları aparılmaz hala gəlir. Sözsüz ki, bu “islahat”lar Ramin Hacıyevin də etirazlarına yol açır. Nəticədə onun əvvəlki işindən uzaqlaşdırılmasına qərar verilir.
Bəs 2 gündən sonra işdən ya öz xahişi, ya da yarasız fəaliyyəti ittihamı ilə uzaqlaşdırılması gözlənilən Ramin Hacıyevi kim əvəz edə bilər?
İnformasiya mənbəmizin iddialarına inansaq, Ramin Hacıyevin yerinə hazırlanan şəxsin adı indidən bəllidir – Nail Mehbalıyev.
Nail Mehabalıyevin ən böyük üstünlüyü hazırda Naxçıvan Səhiyyə naziri vəzifəsini icra edən Samiq Sadıxovun tələbə yoldaşı olmasıdır. O da Samiq Sadıxov kimi Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini bitirib. İki tələbə yoldaşından biri (Samiq Sadıxov) göz həkimi, digəri (Nail Mehbalıyev) isə pediatr olub. Müxtəlif ixtisas sahiblərinin eyni auditoriyada necə mütəxəssisləşməsinə təəccübləndinizmi? Təəccüblənməyin, türklər demişkən, orası Naxçıvandır. Hətta NDU-nun hüquq fakültəsini bitirib 14 il ombudsmanlıq edən biri birdən-birə ginekoloq kimi Perinatal Mərkəzinə baş direktor vəzifəsinə təyin olunarsa, göz həkimi ilə uşaq həkiminin eyni partada oturub eyni müəllimlərin mühazirələrini dinləməsinə niyə qulp qoyursunuz? Axı onlara dərs deyən müəllimlər də düşündüyünüz kimi, Azərbaycan Tibb Universitetinin hansısa sahədə uzmanlaşmış alimləri də olmayıblar. Bəziləri hətta həşəratlar üzrə elm xadimləridir.
Amma necə deyərlər, igidin canını al, haqqını danma. İnsafən, Nail həkim ombudsmanlıqdan birbaşa ginekoloqluğa sıçrayan həmkarlarından fərqli olaraq, Kardiologiya şöbəsinə müdirliyə hazırlaşmaq üçün bir neçə ay kurs alıb. O artıq rahatlıqla Naxçıvan əhalisinin ürəyində öz dəlləkliyini, pardon, həkimliyini sınaqdan çıxar bilər. Necə olsa, əməliyyatlara girən hər kəs ölüm kağızına qol çəkir və başına bir şey gəlsə, öz taleyindən inciyəcək. Təbii ki, əgər sağ qalıb inciməyə macal tapsa.
O da bildirilir ki, Nail həkim hələ təyinatını almadan gələcək vəzifəsində işə başlayıb. Hər gün şöbəyə gəlib işçilərinə bəzi göstərişlər, əmrlər verir. Düz də edir. Koroğlu demişkən, 40 günə əmələ gələn dəyişim 39 günə də baş verə bilər.
Aldığımız məlumatı dəqiqləşdirmək üçün müraciət etdiyimiz digər qaynaqlar da faktı təsdiqlədilər. Naxçıvanda hazırda həkim işləyən mənbələrimizdən biri belə əndrəbadi hadisələrin Muxtar Respublika səhiyyəsi üçün olduqca adi hala çevrildiyini bildirdi. Mənbəmizin iddiasına görə, Muxtar Respublika səhiyyəsində bir pediatrın kardiologiya şöbəsinə müdir təyin olunmasından daha betər hadisələr də var və nədənsə biz media orqanları bunu görmürük. Məsələn, onlardan biri Bakıda işlədiyi müxtəlif vəzifələrdən qovulan Günəş Qədimova adlı birisinin Naxçıvan MR Səhiyyə Nazirliyinə kadrlar şöbəsinə müdir təyin olunmasıdır. Günəş xanımın işgüzar fəaliyyəti Samiq Sadıxovun o qədər xoşuna gedib ki, nazirlikdəki bu vəzifəsindən başqa ona Respublika xəstəxanasının müdir müavinliyini də həvalə ediblər.
“Naxçıvan səhiyyəsində ən çox əzilən kollektiv Respublika xəstəxanasının həkimləridir. İndi də onların başı üstündə bir də “qaranlıq Günəş” peyda olub, başlayıb həkimlərə hədə-qorxu gəlməyə. Maraqlıdır ki, qarşısındakıları əzməyə çalışan bu insan öz keçmişinə niyə dönüb baxmır? Son zamanlar Naxçıvan səhiyyəsində vəzifəyə gətirilən insanlar demək olar ki, dələduzluq üstündə işdən qovulanlardır. Bunlar Bakıdan hansı səbəbə gətirilib görəsən? Yerli həkimlər qat-qat artıq işləyib 1000 manat aldıqları halda, Acildə təkbaşına xəstə baxmağı bacarmayıb yanında iki həkim aparan biri niyə 4000 manat maaş alır? Maraqlı burasıdır ki, səhifədə ayağı amputasiya olan xəstəni, “sağlam evə göndərdim” yazan həkimin yalan paylaşımına niyə irad bildirilmir?
Heç bir uzmanlıq təhsili, iş təcrübəsi olmayan, tək üstünlüyü səhv diaqnoz qoyub ağırlaşmalarla nəticələnən müalicə aparan birinə bu qədər maaş verilməsinin səbəbi nədir? Ayda 4000, 8000, 10000 maaş alanların nə iş gördüyü araşdırılsın, məncə. Bizlər haqqımız olan sığorta pulumuzu almadığımız halda niyə ikili standarta yol verilir?”, - həmsöhbətimiz bildirib.
Onsuz da Naxçıvanda artıq həkim qıtlığının yaşandığını vurğulayan mənbəmiz Samiq Sadıxovun rəhbərliyi altında bu diyarda ümumiyyətlə səhiyyə sisteminin çöküşə sürükləndiyini iddia edir. “Məqsəd yerli təcrübəli həkimləri burdan qaçırmaqdırsa, məncə, buna tezliklə nail olacaqlar”, - deyə həmsöhbətimiz fikrini belə yekunlaşdırdı.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
• Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb
Bu gün, 10:00 |
|
|
|
• Azərbaycanda polkovnik vəfat etdi - FOTO
Bu gün, 09:56 |
|
|
|
• Yevlax Məşğulluq İdarəsi də BELƏ NARAZILIQ YARADIR... - MÜRACİƏT
Bu gün, 09:54 |
|
|
|
• Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı... - VİDEO
Bu gün, 09:44 |
|
|
|
• Bu gündən bəzi məktəblərdə dərslər başlayıb
Bu gün, 09:41 |
|
|
|
• Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...
Bu gün, 09:40 |
|
|
|
• Zəngəzur dəhlizi bu tarixdə açıla bilər... - Üç məsələdən biri həll olunur
Bu gün, 09:33 |
|
|
|
• Bakının bu tələbi var: iddiaları geri çəkmək isə... - Paşinyan
Bu gün, 09:31 |
|
|
|
• “Bank Respublika” törəmə şirkətinin fəaliyyətini dayandırdığını elan edib
Bu gün, 09:29 |
|
|
|
• "Bunu kimsə nəzərə almır, üstəlik mənim pulumu kəsirlər" - GİLEY
Bu gün, 09:28 |
|
|
|
• Qənirə Ataşovanın instagram hesabı bərpa olundu - özü AÇIQLADI
Bu gün, 09:20 |
|
|
|
• Muxtar Respublikada nə baş verir? - AKTUAL
Bu gün, 09:18 |
|
|
|
• MƏLUM OLDU: 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Bu gün, 09:16 |
|
|
|
• Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq - SOS!
Bu gün, 09:09 |
|
|
|
• "Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... - Bank sahibi iddialara nə deyir?
Bu gün, 08:59 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
Bu gün, 08:55 |
|
|
|
• Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? - AYNA-nın NƏZƏRİNƏ...
Bu gün, 08:47 |
|
|
|
|